Modern.az

Moskva Qarabağda Dnestryanı ssenarisini təkrarlamaq istəyir? - PROQNOZ

Moskva Qarabağda Dnestryanı ssenarisini təkrarlamaq istəyir? - PROQNOZ

Qarabağ

11 Avqust 2021, 11:31

“Rusiya sülhməramlıları 5 illik müddət başa çatdıqdan sonra da Dağlıq Qarabağı tərk etməyəcək”.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatı yanında MDB-nin İnkişafı İnstitutunun şöbə müdiri, hərbi ekspert Vladimir Yevseyev söyləyib.

“Rusiya Abxaziya, Cənubi Osetiya, Tacikistan, Dnestryanı da sülhməramlı əməliyyatlar keçirmək üçün böyük təcrübəyə malikdir. Rusiya sülhməramlıları yerləşdirdikdən sonra heç vaxt belə tez çıxarmayıb”-deyə ekspert söyləyib.

 

Ekspertin fikrincə, Rusiya Qarabağda Dnestryanı da olan ssenariyə əl ata bilər.

“Rusiya birmənalı olaraq, yaxın 5 il ərzində kontingenti bölgədən çıxarmayacaq. Bu müddətdə Qarabağ ermənilərinin bir hissəsi Rusiya vətəndaşlığı ala bilər. Situasiya rus pasportlarının olduğu Dnestryanıdakı vəziyyətə bənzər ola bilər. Rusiya vətəndaşlarını qorumaq üçün Dnestryanıdadır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir