Modern.az

“Azərbaycanla sülh danışıqlarını bərpa etməyə hazırıq” - Paşinyan

“Azərbaycanla sülh danışıqlarını bərpa etməyə hazırıq” - Paşinyan

12 Avqust 2021, 11:44

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, ölkəsinin Azərbaycanla ən yüksək səviyyədə danışıqlar aparmağa hazır olduğunu və təklif gözlədiklərini deyib.

 

“Regionda sülh səhifəsi açmaq istəyirik. Bu isə hökumətdən xüsusi səylər tələb edir. Problemli məsələləri həll etmək üçün maksimum iş görməliyik. Amma tez həll edə biləcəyimiz məsələlər də var. Onlar regional kommunikasiyaların açılması və iqtisadi əlaqələrin blokadan çıxarılmasıdır. Azərbaycanla delimitasiya və demarkasiya işlərini də aparmağa hazırıq”.

 

Paşinyan, həmçinin Ermənistanın sülhsevər ölkə olduğunu iddia edib və ordu islahatlarının ərazi bütövlüyünü qorumaq məqsədilə aparıldığını əlavə edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır