Modern.az

Lavrov beynəlxalq yol daşıyıcılarını Qarabağa DƏVƏT ETDİ

Lavrov beynəlxalq yol daşıyıcılarını Qarabağa DƏVƏT ETDİ

17 Avqust 2021, 14:40

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyasına hazırda infrastrukturun bərpa olunduğu Qarabağda işləmək imkanlarını nəzərdən keçirməyi təklif edib.

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, Lavrov hazırda bölgədə aktiv işlərin getdiyini bildirib.
 

"İndi infrastrukturun və magistral yolların bərpası ilə bağlı aktiv işlər görülür. Buna görə də, bu perspektivli əraziyə daha yaxından nəzər salın. Məncə, bunun açıq şəkildə iqtisadi faydaları olacaq. Ölkəmizin qonşuluğunda yerləşən bu bölgədə Rusiyanın fəal iştirakı ilə iqtisadi inkişafın olması vacibdir”,-deyə S.Lavrov Beynəlxalq Avtomobil Daşıyıcıları Assosasiyası ilə keçirilən görüşdə vurğulayıb.


Xatırladaq ki, 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderləri Qarabağdakı bütün nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması üçün üçtərəfli mexanizm barədə razılığa gəliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?