Modern.az

Tanınmış jurnalist evini şəhid anasına bağışladı - FOTO

Tanınmış jurnalist evini şəhid anasına bağışladı - FOTO

Media

18 Avqust 2021, 13:00

Tanınmış jurnalist Şakir Eminbəyli "Jurnalistlər binası"ndakı mənzilini şəhid anasına hədiyyə edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Paylaşımda deyilir:  “Şəhid Yusif Budaqovun anası Lətafət xanım! 

Yusifin mərdliyi, qəhrəmanlığı və şəhadəti qarşılığında hər nə etsək, azdır... Yeni mənzilinizdə sağlam və gözəl ömür yaşamağınızı arzu edirəm”.

 

 

Yusif Ramiq oğlu Budaqov 1997-ci ilin 11 oktyabrında dünyaya gəlib. O, evin tək övladı olub. İkinci Vətən müharibəsində iştirak edən Yusif Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Onun ailəsi Bakıda kirayədə yaşayıb.

 

Xatırladaq ki, “Rossiya-24” telekanalının Azərbaycandakı nümayəndəsi Şakir Eminbəyli bir müddət öncə prezidentin 2017-ci ildə ona hədiyyə etdiyi mənzili şəhid ailəsinə bağışlayacağını demişdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü