Arxiv
19 Avqust 2021, 08:30 | DİASPOR
Səccad Heydər Kərim ölkəmizdə səfərdə olub

Avropa İttifaqı–Azərbaycan Əməkdaşlıq Komitəsinin (DİDK) sabiq sədri Səccad Heydər Kərim Azərbaycana səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.

 

Komitədən Modern.az-a verilən məlumata görə, görüş zamanı Komitə sədri F.Muradov qonağa dövlətimizin yürütdüyü uğurlu diaspor siyasəti, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün müxtəlif ölkələrdə, o cümlədən Böyük Britaniyada yaşayan soydaşlarımızın apardığı mübarizə, həmvətənlərimizin erməni diasporunun dezinformasiyalarının qarşısının alınması istiqamətində göstərdiyi səyləri barədə müfəssəl məlumat verib. Diasporun sistemli fəaliyyət göstərməsi üçün müxtəlif ölkələrdə Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin təsis edildiyi nəzərə çatdırılıb.

 

Azərbaycan dövlətinin diaspor siyasətini, Prezident İlham Əliyevin göstərişləri əsasında Dövlət Komitəsinin gördüyü işləri yüksək qiymətləndirən Səccad Heydər Kərim bildirib ki, Avropa Birliyinin bütün qurumlarında, Böyük Britaniya və Pakistan kimi ölkələrdə Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi zəruridir.

 

Sonra britaniyalı qonaq Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının müşayiəti ilə işğaldan azad edilmiş ərazilərimizə səfər edib, Horadiz-Cəbrayıl yolunun girişində minanın zərərsizləşdirilməsi prosesini şəxsən izləyib. Zəngilanda aparılan quruculuq işləri ilə tanış olan qonaq Ermənistan və Almaniya şirkətləri tərəfindən kütləvi çirkləndirilən Oxçuçayın sahilində işğal zamanı kütləvi kəsilməyə məruz qalmış çinar meşəsində olub. Səccad Heydər Kərim Şuşada Yuxarı və Aşağı Gövhərağa məscidlərini ziyarət edib, Cıdır düzündə, Şuşa Qalasında, güllələnmiş heykəllərin olduğu meydanda və Xan qızı Natəvanın xarabalığa çevrilən evində olub.

 

Britaniyalı qonaq səfər çərçivəsində Qubanın Qırmızı Qəsəbəsində dağ yəhudilərinin yaşayışı ilə tanış olub, sinaqoqu və dağ yəhudilərinin muzeyini ziyarət edib.

 

Səccad Heydər Kərim bildirib ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına böyük önəm verən Avropa İttifaqı Azərbaycanla yaxın əlaqələrin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin dərin strategiyaya əsaslanan liderliyini yüksək qiymətləndirən qonaq dövlətimizin başçısının müstəsna xidmətlər göstərdiyini qeyd edib, onu Azərbaycanın maraqlarını hər şeydən üstün tutan, dialoqa açıq, ölkəsinin inkişaf hədəflərindən uzaqlaşmadan bu yolda nə istədiyini bilən müdrik dövlət başçısı adlandırıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Baş nazir Türkiyənin Vitse-prezidentinə məktub göndərdi 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15 Lisey koronavirusa görə BAĞLANDI 28 Oktyabr 2021, 16:09 Ötən ay pensiya ALANLAR 28 Oktyabr 2021, 16:04 Qazilərin “polis bizi döydü” ittihamına DİN-dən REAKSİYA 28 Oktyabr 2021, 16:00 UNEC-də beynəlxalq konfrans 28 Oktyabr 2021, 15:58 Deputatlarımız yenidən MDB PA-da vəzifəyə seçildilər 28 Oktyabr 2021, 15:52 Türkiyə Suriyada 2 hərbi əməliyyat HAZIRLAYIR 28 Oktyabr 2021, 15:46 Şəhidin adına profil açıb pul qazananlar TUTULDU 28 Oktyabr 2021, 15:41