Modern.az

Sabirabadda ailə faciəsi: Dəhşətli cinayətin SƏBƏBİ bilindi

Sabirabadda ailə faciəsi: Dəhşətli cinayətin SƏBƏBİ bilindi

21 Avqust 2021, 11:45

Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda dəhşətli cinayət törədilib.

 

Hadisə Əsgərbəyli kəndində qeydə alınıb.

  

Məlumata görə, Saatlı rayon sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabadın Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və onun atasını, 1938-ci il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu öldürüb. O daha sonra özünü güllələyərək intihar edib.

 

Üç nəfərin öldüyü cinayət hadisəsi N.Məhərrəmovun qayınatası Ə.Əflatunovun evində baş verib.

 

 

Modern.az hadisənin səbəblərini öyrənmək üçün Əsgərbəyli kəndinin kənd nümayəndəsi Afət İsgəndərovla əlaqə saxlayıb. O, ailə faciəsinin qısqanclıq zəminində baş verdiyini söyləyib.

 

İcra nümayəndəsi bildirib ki, hazırda faktla əlaqədar dövlət qurumları tərəfindən araşdırma aparılır. Cinayətin detalları istintaq tərəfindən müəyyən edildən sonra ictimaiyyətə məlumat veriləcək.

 

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi