Modern.az

Yük avtomobillərinin Bakıya girişi tamamilə qadağan ediləcək

Yük avtomobillərinin Bakıya girişi tamamilə qadağan ediləcək

Aktual

30 Oktyabr 2012, 11:07

Bakıya iri tonnajlı yük avtomobillərinin daxil olması səbəbindən yollarda ciddi problemlər yaranır. Belə avtomobillərin şəhərə girişinin tamamilə qadağan edilməsi məsələsi yenə gündəmə gəlib. Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov Modern.az-a açıqlamasında bildirib ki, respublika ərazisində bir neçə yerdə iri tonnajlı maşınlar üçün tərəzilər qoyulub ki, onlar normadan artıq yük vurmasınlar. 

“Ağır tonnajlı yük avtomobillərinin Bakıya daxil olması tamamilə qadağan olunacaq. Həmin yük avtomobilləri Bakı ətrafındakı dairəvi yoldan və şəhərətrafı rayonlarda olan alternativ yollardan istifadə edəcəklər. Burada iri tonnajlı yük avtomobillərinin Bakının mərkəzinə girməsinə qadağa qoyulmasından söhbət gedir. Bu da bir neçə səbəblə bağlıdır. Belə ki, həmin maşınlar tıxac yaradır və asfalt örtüyünü korlayırlar. Ümumiyyətlə, şəhərin tarixi yerlərində bu cür maşınların gəzməsi heç bir normaya sığmır. Bu nöqteyi-nəzərdən belə müzakirələr aparılıb. İri tonnajlı və iriqabaritli maşınlarla bağlı Nazirlər Kabinetinin qərarı var, amma şəhərin daxilində onlara məhdudiyyət qoyulması, sadəcə müzakirə olunub və o hələ qərar səviyyəsində deyil. Xüsusi göstərişlər var ki, bu məhdudiyyət qoyulsun”.

Buna sürücülərin etiraz etməsinə gəlincə, nazirlik rəsmisi bildirib ki, insanların rifahı üçün atılan addıma kimsə şəxsi mənafeyi baxımından yanaşmamalıdır. 

Anar Kəlbiyev
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır