Modern.az

Elman Rüstəmov uşaqlara pul yığmaq qaydalarını öyrədəcək

Elman Rüstəmov uşaqlara pul yığmaq qaydalarını öyrədəcək

30 Oktyabr 2012, 15:36

 

Mərkəzi Bank məktəblilərə dərs vəsaiti hazırlayacaq. Bunu Modern.az-a Mərkəzi Bankın İnkişaf Departamentinin direktor müavini Natəvan Məmmədova bildirib. Onun sözlərinə görə, bu iş Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü və Azərbaycanın bir sıra kommersiya bankları ilə birgə həyata keçiriləcək layihələr çərçivəsində baş tutacaq. Burada bankçılıq haqqında geniş məlumat veriləcək, həmçinin uşaqların maliyyə savadlılığının artırılması ilə bağlı mövzular öz əksini tapacaq.

N.Məmmədova onu da bildirib ki, bu cür marifləndirici tədbirlərin həyata keçirilməsi Mərkəzi Bankın strateji hədəfidir. Getdikcə bu yöndə tədbirlər daha da genişləndiriləcək. O, həmçinin evdar xanımlar və yaşlı insanlarla bağlı layihələrin həyata keçirilməsinin planlaşdırıldığını söyləyib.

Gültəkin Ələsgər

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi