Modern.az

300 baldan az toplayanların diqqətinə: dövlət sifarişli yerlərə qəbul oluna bilərlər

300 baldan az toplayanların diqqətinə: dövlət sifarişli yerlərə qəbul oluna bilərlər

24 Avqust 2021, 15:54

“IV ixtisas qrupu üzrə 300 baldan aşağı nəticə göstərənlər aqrar ixtisaslara dövlət sifarişi ilə qəbul oluna bilərlər”.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri M.Abbaszadə qurumun Facebook səhifəsi vasitəsilə I və IV ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin suallarını cavablandırarkən deyib.

DİM sədri IV ixtisas qrupunda 2700 nəfərin 300 baldan yuxarı nəticə göstərdiyini söyləyib:

“IV ixtisas qrupunda 600 baldan yuxarı toplayanlar 408 nəfərdir. Bu da ötən illə müqayisədə çoxdur. 500 baldan çox toplayanların sayı isə 171 nəfər nəfərdir. 400 baldan yuxarı nəticə göstərənlərin sayında da 141 nəfər artım var.

Təəssüf ki, IV qrupda yüksək nəticə göstərənlər kənd təsərrüfatı ilə bağlı ixtisasları seçmirlər. Kənd təsərrüfatı ilə bağlı bəzi ixtisaslar həm I, həm də IV qrupda var, burada dövlət sifarişlidir. Əmək bazarında bu ixtisaslara tələbat çoxdur. Bu il dövlət sifarişli kənd təsərrüfatı ixtisaslarında aşağı müsabiqə vəziyyəti olacaq”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı