Arxiv
25 Avqust 2021, 12:12 | HADİSƏ
“Paşinyan ölkəni idarə edə bilmir, ermənilər başqa dövlətlərə sığınır”

“Ermənistan əhalisinin əksəriyyəti erməni millətçilərinin, bəzi siyasətçilərin müharibəyə hazırlıq, revanş ötürmək, orduya səfərbər olmaq barədə söylədiklərinə inanmır. Bunun mümkün olmadığı fikrindədirlər”.

 

Bu sözləri Modern.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin rəhbəri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Tahir Rzayev Ermənistandakı vəziyyət barədə danışarkən deyib.

 

Deputatın sözlərinə görə, mövcud reallıqlar, dövlətin bugünkü vəziyyəti, 44 günlük müharibədəki ağır məğlubiyyət bunu deməyə əsas verir:

 

“Ermənistan iqtisadiyyatı artıq çöküb, müharibə ağır olan vəziyyəti daha da çətinləşdirib. Daxili çəkişmələr böhranı kəskinləşdirib, xarici borclar artıb, işsizlik, yoxsulluq, xəstəlik insanların həyatını olduqca çətinləşdirib. Paşinyan hakimiyyəti ölkəni idarə edə bilmir. Sabitlik yaratmağa, qarşıdurmanı aradan qaldırmağa, siyasi qüvvələr arasında həmrəylik yaratmağa qadir deyil. Millətçilik, təcavüz niyyətindən, çirkin məqsədlərindən əl çəkməyən, müharibənin acınacaqlı nəticəsindən ibrət götürməyən Ermənistanın hərbi-siyasi hakimiyyəti yeni saxta bəyanatlar verməklə, üçtərəfli bəyanatın şərtlərini pozmaqla, sərhədlərimizə hücumlar təşkil edib, atəş açmaqla yenidən müharibəni alovlandırmaq həvəsindədir”.

 

Tahir Rzayev Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdəki çıxışında Qarabağın “status” məsələsinə yenidən toxunduğunu xatırladıb. O bildirib ki, erməni baş nazir paralel olaraq Minsk qrupunun fəaliyyətinin bərpa edilməsini tələb etməklə imzalanmış bəyanatın şərtlərini pozmaq yolunu tutur:

 

“Ermənistan rəhbəri sanki Azərbaycan Prezidenti, cənab İlham Əliyevin mövqeyindən xəbərsizdir. Dövlətimizin rəhbəri dəfələrlə Ermənistana və beynəlxalq aləmə bəyan edib ki, status olmayacaq. Minsk qrupu 30 ildir ədaləti bərpa edə bilmədiyinə, Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün heç bir təşəbbüs göstərmədiyinə görə, onun fəaliyyəti məqbul deyil. Biz özümüz tarixi ədaləti bərpa edib, torpaqlarımızı işğaldan qurtarmışıq.

 

Ermənistanın yenidən müharibə etmək cəhdi əbəsdir. Millətçilik, yersiz ideyalar, siyasi qarşıdurmalar, parlamentdəki dava-dalaş bu dövləti uçuruma aparır. Sadə xalq isə bundan bezib və onların çoxu nicat yolunu ölkəni tərk etməkdə, başqa dövlətlərə sığınmaqda görürlər. Bu ilin yanvar, iyul ayları ərzində 43 min 39 nəfərin Ermənistanı tərk etməsi acınacaqlı vəziyyətin göstəricisidir. Ölkə boşalır, bu halda dövlətin yenidən müharibə arzusuna qapılması onun yer üzündən silinməsinə gətirib çıxara bilər. Ağıllı ermənilər bunu dərk etdiklərinə görə, sülh müqaviləsinin bağlanmasına, üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsinə, Azərbaycan və Türkiyə ilə münasibətin yaxşılaşdırılmasına üstünlük verirlər. Əks halda onlar ölkəni tərk etməyi vacib bilirlər. Bu əsl reallıqdır, Ermənistan boşalır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19 Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ 20 Oktyabr 2021, 11:15 Milli Məclisdə xüsusi iclas keçiriləcək 20 Oktyabr 2021, 11:10 Əsas planımız kredit portfelini artırmaqdır - MÜSAHİBƏ   20 Oktyabr 2021, 11:07 Prokurorluq uşaqların göbələkdən ölməsini ARAŞDIRIR 20 Oktyabr 2021, 11:05 Sülhməramlılar Qarabağdakı 27 postda məşqlər keçirdi 20 Oktyabr 2021, 11:04 Bakıda bal yarmarkası açıldı 20 Oktyabr 2021, 11:00 Ermənilərin Şuşanın adını Şuşiyə çevirmək ideyası… 20 Oktyabr 2021, 10:54 Üçtərəfli komissiyanın dördüncü üzvü... – Eks-nazir AÇIQLADI 20 Oktyabr 2021, 10:53