Modern.az

“Nizami” Kino Mərkəzində pulsuz kino həftəsi

“Nizami” Kino Mərkəzində pulsuz kino həftəsi

Aktual

30 Oktyabr 2012, 19:25

İctimai Televiziya və Radio Yayımları şirkətinin  “Carçıfilm” Yaradıcılıq Birliyi  Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə 6 noyabr- Teleradio işçilərinin  peşə bayramı ərəfəsində “Nizami” Kino Mərkəzində “Carçıfilm” günləri keçirir.     Noyabrın 1-dən 5-dək  davam edəcək “Carçıfilm” günlərində yaradıcılıq birliyinin istehsal etdiyi bədii və sənədli filmlər nümayiş olunacaq.

Noyabrın 1-də, saat 11:00-da Nizami Kino Mərkəzində layihənin açılış mərasimi olacaq. Tədbirdə İctimai Teleradio şirkətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Kinostudiyanın,  digər kino, teatr, təhsil, mədəniyyət strukturlarının, ictimai təşkilatların nümayəndələri, tanınmış rejissorlar, aktyorlar, operatorlar iştirak edəcəklər.  Açılış mərasiminə gələnlər  “Carçıfilm”in fəaliyyətinə həsr olunmuş filmə baxacaqlar. Elə həmin gün şair-yazıçı  Ramiz Rövşənlə  quruluşçu rejissor Cavid Təvəkkülün “Carçıfilm”də istehsal edilən “Səhərə inan”  filmi nümayiş etdiriləcək. Noyabrın 2-dən  5-dək  Nizami kino mərkəzində  gün ərzində 3 seans olmaq şərtilə “Carçıfilm”in  filmləri nümayiş etdiriləcək. Kino həvəskarları Filmlərin nümayişinin proqramını  www.itv.az internet səhifəsindən əldə edə bilərlər. Filmlərə giriş bütün tamaşaçılar üçün pulsuzdur.

Modern.az    
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir