Modern.az

Prezidentin ölümü ilə bağlı yeni faktlar açıqlandı

Prezidentin ölümü ilə bağlı yeni faktlar açıqlandı

30 Oktyabr 2012, 21:42

Polşanın sabiq prezidenti Lex Kaçinski və həyat yoldaşının iki il əvvəl təyyarə qəzasında həyatını itirməsi ilə bağlı yeni məlumatlar yayılıb. Modern.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Polşa Hərbi Prokurorluğunun yaydığı açıqlamada bildirilib ki, mərhum prezidentə qarşı sui-qəsd edilməyib. Açıqlamada həmçinin qeyd edilib ki, qəzadan sonra təyyarənin qalıqları üzərinə aparılan incələmələr zamanı hər hansı partlayıcı maddə aşkar edilməyib. Polşa rəsmiləri Lex Kaçiniski və onun həyat yoldaşının sui-qəsd nəticəsində öldürüldü haqda mətbuatda yayılan xəbərləri birmənalı şəkildə təkzib edib.

Xatırladaq ki, Polşa prezidenti Lex Kaçinski və onun həyat yoldaşı Maria 2010-cu ildə Rusiyanım Smolenski şəhəri yaxınlığında təyyarə qəzasında dünyasını dəyişiblər.  Məlum hadisədən iki il keçsə də prezidentin ölümünün təyyarə qəzası deyil, sui-qəsd olması haqda müxtəlif iddialar səslənməkdədir.

Anar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi