Modern.az

Şirkət əməkdaşını "tok" vurub öldürdü

Şirkət əməkdaşını

Hadisə

26 Avqust 2021, 10:25

Avqustun 25-i saat 17 radələrində Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Yasamal rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev qeyd edilən ünvanda elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

 

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!