Modern.az

Keçmiş diplomatdan Operativ Qərargaha etiraz: “Hamamlar niyə işləmir?”

Keçmiş diplomatdan Operativ Qərargaha etiraz: “Hamamlar niyə işləmir?”

Mədəni̇yyət

26 Avqust 2021, 14:37

Azərbaycanın İstanbuldakı sabiq baş konsulu, Yazıçılar Birliyinin üzvü Xeyrəddin Qoca Nazirlər Kabineti yanında Operativ Qərargaha etiraz edib.


Modern.az
-ın məlumatına görə, keçmiş diplomat Azərbaycandakı ictimai hamamların işləməsinə niyə icazə verilmədiyinə izahat istəyib:

“Hamamlar niyə işləmir? Bəli, 17 aydır, hamamlar işləmir! Bu ədalətli karrantin məhdudiyyəti deyil! Otellər, idman zalları, “aquapark”larda buxar otaqları, hovuzlar, kisə və massaj xidmətinə icazə verilir, bəs hansı səbəbdən bu sadalananlar "hamam fəaliyyıti" adı altında olanda icazə verilmir? Bu cür yanaşmanın izahı nədir? Yoluxma dünyanın hər yerində olsa da, heç yerdə hamamlara məhdudiyyət yoxdur. Hamamlarla eyni vaxtda fəaliyyəti dayandırılan bütün sahələrə işləməyə icazə verildi, hətta  toylar da başladı, amma 17 aydır 10.000-dən çox hamam işçilərinin haqqında düşünən yoxdur!
Hamamlara da müəyyən gün və saatda məhdud müştərilərlə “COVİD pasportu” ilə işləməyə icazə vermək mümkündür və lazımdır...”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?