Arxiv
30 Avqust 2021, 17:28 | DİASPOR
Kölndəki Azərbaycan icması ilə görüş keçirilib - FOTOLAR

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının  Kölndə fəaliyyət göstərən Azərbaycan icması ilə görüşü baş tutub. Görüşdə Köln şəhərində və ətrafında yaşayan azərbaycanlılar, Almaniyanın aparıcı universitetlərində çalışan həkim soydaşlarımız, Türkiyənin Kölndəki konsulluğunun əməkdaşları, türk diasporunun və KİV-lərinin təmsilçiləri iştirak ediblər.

 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir daha Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfər münasibətilə soydaşlarımızı təbrik edib və həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə minnətdarlığını bildirib.

 

Komitə sədri  Almaniyada ÜmumAvropa Qarabağ mitinqinin və digər izdihamlı tədbirlər keçirildiyini xatırladaraq, artıq qalib xalqın diasporunun həyatında yeni və mühüm mərhələnin başladığını nəzərə çatdırıb, diasporun güclənmiş şəkildə meydana çıxması üçün gənclərə böyük diqqət və qayğının göstərilməsini tövsiyə edib. “Biz birliyə nail olmalıyıq. Bu gün bizi birləşdirən dəyərlər daha çoxdur. İnsanları birləşdirən və bizi gücləndirən dəyərlərə daha çox diqqət göstərməliyik”, - deyə sədr bildirib.

 

Tədbir Komitənin son illərdəki fəaliyyət istiqamətlərini, həyata keçirdiyi layihələri, o cümlədən diaspor fəallarının Şuşaya səfərini əks etdirən videoçarxların nümayiş etdirilməsi ilə davam edib.

 

Sonra isə Şimali Reyn Vestfaliya vilayətinin dövlət məmuru Elnur Rixter, Almaniyanın Ruhr Universitetinin dosenti, İngiltərənin Kembric Universitetində təhlükəsizlik iqtisadiyyatı qrupunun rəhbəri, Cənubi Afrikanın Cape Universitetinin qonaq dosenti Elxan Sadıqzadə, Almaniya Yazarlar Birliyinin üzvü, yazıçı, tərcüməçi, publisist Orxan Aras, Alman–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva, İRKAZ təşkilatının üzvü, Almaniyanın “HennaMond” şirkətinin əməkdaşı Samir Həsənov, türk diasporunun üzvü Levent Taşkıran və başqaları çıxış ediblər. Onlar soydaşlarımız arasında birlik və həmrəyliyin böyük əhəmiyyət kəsb etməsindən, soykökünə, milli kimliyə bağlılığın vacibliyindən, Azərbaycan və Türkiyə diasporlarının birliyindən, alman ictimaiyyəti arasında, xüsusilə də mediada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərdən, nüfuzlu yerli KİV-lərlə əməkdaşlığın əhəmiyyətindən və bu sahədə mövcud olan çətinliklərdən danışıb, gələcək fəaliyyətə dair təkliflər irəli sürülüblər.

 

Görüş fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Gimnastlarımız Monteneqroda 6 medal qazandı - FOTO 20 Sentyabr 2021, 09:55 Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinin bərpası layihəsi təsdiqləndi 20 Sentyabr 2021, 09:50 Kürəkən qayınata və qayınanasının üzərinə benzin töküb yandırdı 20 Sentyabr 2021, 09:44 Ermənilərin 10 zirehli texnikasını məhv edən Milli Qəhrəman 20 Sentyabr 2021, 09:38 Xəstə yaxını xəstəxanada dava saldı  20 Sentyabr 2021, 09:36 Alimlər koronavirusun daha qədim mənşəyini tapıblar 20 Sentyabr 2021, 09:30 Neftin qiyməti ucuzlaşdı 20 Sentyabr 2021, 09:25 COVID-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmır 20 Sentyabr 2021, 09:19 Azərbaycanda ötən il 16 nəfər cəzaçəkmə müəssisələrindən QAÇIB 20 Sentyabr 2021, 09:14 Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatıb 20 Sentyabr 2021, 09:10 Xarici valyutaların manata qarşı məzənnələri 20 Sentyabr 2021, 09:05 Bakının əsas yollarında tıxac var - SİYAHI 20 Sentyabr 2021, 09:00 Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü 20 Sentyabr 2021, 08:50 Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06
SORĞU Hansı vaksinə etibar edirsiniz?