Modern.az

Son sutkada 44 nəfər koronavirusdan ÖLDÜ

Son sutkada 44 nəfər koronavirusdan ÖLDÜ

Hadisə

31 Avqust 2021, 17:15

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3788 yeni yoluxma faktı qeydə alınıb, 3228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan şəxslərdən 44 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 424891 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 366126 nəfər müalicə olunaraq sağalıb, 5636 nəfər vəfat edib, aktiv xəstə sayı 53129 nəfərdir.

 

Ölkədə son sutka ərzində 19693, hazırkı dövrədək isə 4461937 test aparılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir