Modern.az

Azərbaycana qarşı vuruşan ABŞ vətəndaşının MÜHARİBƏ XATİRƏLƏRİ

Azərbaycana qarşı vuruşan ABŞ vətəndaşının MÜHARİBƏ XATİRƏLƏRİ

Qarabağ

1 Sentyabr 2021, 17:46

Azərbaycan Silahlı Qüvvələri Vətən Müharibəsinin gedişatında təkcə işğalçı Ermənistan ordusu ilə deyil, həm də xarici ölkə vətəndaşı olan çoxsaylı muzdlu döyüşçülərlə üz-üzə gəlib.

 

Modern.az xəbər verir ki, bunu sübut edən faktlardan biri ABŞ vətəndaşı, 44 günlük müharibə zamanı Azərbaycana qarşı döyüşlərə qatılan Aris Kuyumcuyanın Ermənistan KİV-nə müsahibəsini qeyd etmək olar.

 

Livanda anadan olub, daha sonra ABŞ-a köçən Kuyumcuyan burada orduda zabit kimi xidmət keçib.

 

"Mən Livanda anadan olmuşam. Amma 14 yaşım olanda ailəmlə ABŞ-a köçdük. Orda tikinti sahəsi üzrə oxuyurdum və sonra ABŞ ordusunda xidmətə başladım. 3 il rəis vəzifəsində çalışdım. Sonra Fars körfəzi ölkələrinə köçdüm və beynəlxalq təşkilatlarda ixtisasım üzrə çalışdım".

 

2019-cu ildə Ermənistana gələn Kuyumcuyan 44 günlük müharibədə snayper  kimi xidmət etdiyini etiraf edib.


"Müharibənin başlandığını eşidən kimi hərbi komissarlığa getdim. ABŞ ordusunda qazandığım təcrübə barədə onlara məlumat verdim.

 

Sonra VOMA mərkəzi barədə eşitdim və onlara qoşuldum. Onlarla bir gün təlim keçəndən sonra növbəti gün Basarkeçərə (Vardenis) getdik".

 

Bundan başqa, ABŞ vətəndaşı Ordumuza qarşı iştirak etdiyi döyüşlərdən də söz açıb:


"Kəlbəcərə gəldikdən sonra azərbaycanlıların Qırmızı qəsəbəyə hücum etdiyini eşitdim. Ona görə öncə Dağyurd kəndinə, oradan isə Qırmızı qəsəbəyə keçərək döyüşlərə başladıq. Mənim snayper təcrübəm və NATO ordusunun taktikasına yiyələnməyim başçılıq etdiyim dəstəni idarə etməyə kömək elədi. Dəstəmin əksər üzvləri VOMA təşkilatından gəlsə də, aralarında 90-cı illərdə vuruşmuş veteranlar da var idi. Biz son günə qədər Qırmızı qəsəbə və Tağaverd istiqamətində qaldıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi