Arxiv
2 Sentyabr 2021, 09:46 | QARABAĞ
“Arzularım həqiqətə çevrildi...” – Vilayət Quliyevin Şuşa təəssüratları

“Bu günləri görəcəyimi, Zəfər yolu ilə Şuşaya qayıdacağımı düşünmürdüm”

 

Sabiq xarici işlər naziri, Azərbaycanın Macarıstandakı keçmiş səfiri Vilayət Quliyev işğaldan azad olunmuş Şuşaya səfərlə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

Bu yaxınlarda mədəniyyət paytaxtını ziyarət edən sabiq səfir sonuncu dəfə Şuşaya 1990-cı ilin oktyabrında getdiyini söyləyib:

 

“Şuşanın işğalına hələ il yarım qalsa da, şəhərdə hökm sürən inamsızlıq əhval-ruhiyyəsini görməmək mümkün deyildi. O zaman söhbət etməyə imkan tapdığım bütün adamlar taleyin ümidinə buraxılmalarından şikayətlənirdi. 1987-ci ildə sonuncu dəfə Ümumittifaq formatında  keçirilən Vaqif poeziya günlərində gördüyüm səs-küylü, şən, hər guşəsindən musiqi, muğamat eşidilən, hər addımda gülərüz, mehriban adamlar gördüyüm qeyri-adi şəhərdən əsər-əlamət qalmamışdı. Məğlubiyyət fikrini yaxın qoymaq istəməsəm də, yadımdadır ki, 31 il əvvəl Şuşanı narahatlıq və nigaranlıq içində tərk etdim.

 

Ayrılığın ardınca 30 illik Şuşa niskili, Şuşa kədəri... Şuşanı qoruya bilmədiyimiz üçün çəkilən üzüntülər, qəm-qüssə və ağrıdıcı təəssüf hissi…”

 

 

V.Quliyev hələ işğaldan əvvəl Şuşa ilə bağlı arzusunun olduğunu xatırladıb.

 

“Şuşa ilə bağlı həyata keçirmək istədiyim bir arzum vardı. Xalqımızın Şuşanı mütləq geri qaytaracağına inanırdım. Amma bu günləri görəcəyimə, Zəfər yolu ilə düşmən tapdağından xilas edilmiş Şuşaya qayıda biləcəyimi düşünmürdüm. Arzuların həqiqətə çevrildiyi günü yaşadıq. Azərbaycan xalqının, Azərbaycan əsgərinin, Ali Baş Komandanın müstəsna hünəri, şücaəti sayəsində Məkkəmiz, Mədinəmiz, Qüdsümüz olan Şuşanı yağı düşməndən geri aldıq. Bir insanın, bir nəslin həyatında bundan daha xoşbəxt gün ola bilməz. Taleyimə minnətdaram ki, yüz minlərlə soydaşım kimi mən də bu xoşbəxtliyi yaşadım.

 

2012-ci ildə Şuşanın Ermənistan ordusu tərəfindən işğalının 20 illiyi münasibəti ilə Macarıstanda, Macar Poçtu xətti ilə tariximizin bu faciəvi səhnəsi ilə bağlı xatirə markası buraxmışdıq. Onu ölkəmizdə və dünya miqyasında geniş yaysaq da, 00001 saylısını azad Şuşaya aparmaq niyyəti ilə özümdə saxlamışdım. Onu Şuşada, Prezidentin səlahiyyətli nümayəndəsi Aydın müəllimə təqdim edəndə arzumun çin olmasından sonsuz dərəcə də fərəh hissi duydum.

 

Şuşada gördüklərimin təəssüratı altında ölkəmizin mədəniyyət paytaxtı elan olunan və addım-addım paytaxta çevrilən Şuşadan sarsılmaz inamla geri döndüm. Şuşada, Qarabağda, bütün ölkə miqyasında arzularımız çin olacaq. Çünki biz qalib xalqıq. Bu qələbənin ən böyük simvolu Şuşadır”, - deyə sabiq səfir əlavə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BDU-da daha 7 qrup distant təhsilə keçdi 20 Oktyabr 2021, 15:15 Azərbaycanlı milyarder Türkmənistan prezidenti ilə GÖRÜŞDÜ 20 Oktyabr 2021, 15:13 Baş direktor rüşvətlə YAXALANDI 20 Oktyabr 2021, 14:44 Şəhidin il mərasimi keçirilib 20 Oktyabr 2021, 14:41 Bahar Muradova bu qanunun qəbuluna qarşı çıxan deputatları TƏNQİD ETDİ 20 Oktyabr 2021, 14:37 Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU 20 Oktyabr 2021, 14:33 Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır 20 Oktyabr 2021, 14:32 Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ 20 Oktyabr 2021, 14:32 Gəlinini doğrayan qayınataya 18 il İŞ KƏSİLDİ 20 Oktyabr 2021, 14:29 Azərbaycanda ölüm səbəblərinin əsasını bu xəstəlik təşkil edir - Həkim 20 Oktyabr 2021, 14:27 Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30