Modern.az

Özəl məktəblərin nə vaxt açılmasına aydınlıq gətirildi

Özəl məktəblərin nə vaxt açılmasına aydınlıq gətirildi

7 Sentyabr 2021, 14:40

“Özəl məktəblərdə təqvim və tədris prosesi dövlət məktəblərindən fərqli olur. Bu, pandemiyadan əvvəlki dövrdə də belə idi”.


Modern.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə məlumat verib.

 

Nazir deyib ki, məktəbləri daha tez açdıqda koronavirusa yoluxma sayı artır:


“Özəl məktəblər daha kiçikdir, həmin məktəblə bağlı kütləvi yoluxma ola bilər. Bu da onlar üçün riskdir. Onlarda tədris müddəti daha uzun olur. Qeyd edilən qaydalar özəl məktəblərə də şamil edilir. Bu məktəblər riskləri qiymətləndirib, tədrisin başlamasını planlaya bilər. Özəl məktəblər say etibarilə azdır. Bunlar özləri qərar verib, 1-2 həftə daha tez başlaya bilərlər. İstədikləri halda gec də başlaya bilərlər”.


Humay İsgəndərova

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir