Modern.az

Məktəblərdə idman zalları və bufetlər nə vaxt açılacaq?

Məktəblərdə idman zalları və bufetlər nə vaxt açılacaq?

Təhsil

7 Sentyabr 2021, 15:50

Məktəblərdə idman zalları və bufetlər mərhələli şəkildə açılacaq.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, hazırda alqoritm olmadığı üçün bu barədə dəqiq məlumat verə bilmir: "Məsələn, əvvəlcə bölgə məktəblərində, daha sonra şagird sayı az olan, ondan sonra vaksinasiya səviyyəsi yüksək olan məktəblərdə, yəni pillə-pillə bu açılımlara gedəcəyik. Amma belə açılımlar yoluxmaya təsir edə bilər. İnanırıq ki, bu modellə davam edə bilərik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu