Modern.az

Bu il Gömrük Akademiyasına neçə qız qəbul olunub? - AÇIQLAMA

Bu il Gömrük Akademiyasına neçə qız qəbul olunub? - AÇIQLAMA

Təhsil

8 Sentyabr 2021, 12:15

Dövlət İmtahan Mərkəzinin (DİM) 2021/2022-ci tədris ili üçün keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, Gömrük Akademiyası qəbul planı 100 faiz dolan 4 ali məktəbdən biri olub.

Bu barədə Modern.az-a Akademiyanın İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

 

Şöbə rəisi Zeynəb Kazımova bildirib ki, bakalavriatura səviyyəsinə I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları”, II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçirilib:

“Həmçinin, bu tədris ilində Akademiyanın bütün ixtisasları üzrə keçid balları keçən illə müqayisədə artıb.

Bu il akademiya həm magistraturaya, həm bakalavra ümumilikdə 150 nəfər tələbə qəbul edib. Magistraturaya qəbulda da plan yerləri tam dolub. Burada iki ixtisas üzrə - Gömrük işi və Beynəlxalq iqtisadi hüquq üzrə qəbul aparılıb.  

Gömrük Akademiyasına bu il qəbul olunan oğlanlar ümumi 93 nəfərdir. Qız tələbələrin sayı isə 47 nəfər olub.

Dövlət Gömrük Akademiyası distant təhsilə ilk keçən ali məktəblərdən biridir. Ona görə, bizdə həm onlayn, həm də əyani tədris üçün şərait, hazırlıq mövcuddur. Pandemiyanın şərtlərinə uyğun olaraq, hər iki formatda tədrisi davam etdirə bilərik”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?