Arxiv
8 Sentyabr 2021, 13:00 | İQTİSADİYYAT
Metro QIŞ qrafikinə keçir - Yeni tədris ilinə görə hazırlıq başladı

“Yay mövsümünün başa çatması, yeni tədris ilinin başlanması ilə əlaqədar dünən verilən qərardan sonra “Bakı Metropoliteni”ndə artan sərnişin axını, mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə qatarların yeni hərəkət cədvəlinin tətbiqinə başlanılacaq”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

B.Məmmədovun sözlərinə görə, yeni tədris ilinin başlanacağı ilə bağlı qərardan sonra “Bakı Metropoliteni”ndə hazırlıq işlərinə başlanılıb:

 

“Bildiyiniz kimi, metropoliten pandemiya vaxtında ən optimal qrafiklə işləyib. Pandemiya bitməsə də, yeni tədris ilinə start verilməilə yeni situasiya yaranıb. Məqsədimiz sərnişinləri rahat, təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır. İnanırıq ki, bu istiqamətdə problem olmayacaq”.

 

Qurum rəsmisi deyib ki, yeni qrafik 2022-ci ilin yayına qədər tətbiq ediləcək.

 

Qeyd edək ki, yay qrafikinə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, “Həzi Aslanov" - "28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endirilir. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi “28 May" - "Dərnəgül” və “28 May” – “İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox olur. Bu müddətdə yalnız “Bakmil” stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval “Həzi Aslanov” – “Ulduz” sahəsində fərqli ola bilər.

 

Xatırladaq ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ və Türkiyə F-35-lə bağlı məsləhətləşmələr apardı 28 Oktyabr 2021, 00:48 Amerikalıların 85%-i siyasi sistemlərindən NARAZIDIR 28 Oktyabr 2021, 00:25 Ermənistanın Bərdədə törətdiyi terror aktından 1 İL KEÇİR 28 Oktyabr 2021, 00:05 Şarl Mişelə Qarabağdakı bərpa işləri barədə məlumat verildi 27 Oktyabr 2021, 23:52 Aida Eyvazlı dövlət mükafatına layiq görüldü - FOTOLAR   27 Oktyabr 2021, 23:44 Notarial sənədlərin təsdiqlənməsi qaydasına dəyişiklik   27 Oktyabr 2021, 23:38 Türkiyədə koronavirusla bağlı son vəziyyət 27 Oktyabr 2021, 23:27 FHN-dən əşyalarını balkondan atan qadınla bağlı MƏLUMAT 27 Oktyabr 2021, 22:51 Maradonanın doğulduğu ev tarixi abidəyə çevrildi 27 Oktyabr 2021, 22:40 Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır? 27 Oktyabr 2021, 22:11 Ev əşyalarını balkondan atan qadın müalicə mərkəzinə yerləşdirilir 27 Oktyabr 2021, 21:50 Mediasiyanın həyata keçirilməsi qaydasında DƏYİŞİKLİK 27 Oktyabr 2021, 21:31 Qənirə Paşayevaya Fəxri doktor adı verildi - FOTOLAR 27 Oktyabr 2021, 21:15 “Bayraktar” alan ölkələrin sayı 13-ə ÇATDI 27 Oktyabr 2021, 21:01 Saatlıda ev yandı 27 Oktyabr 2021, 20:37 “Sabah”ın yeni baş məşqçisi məlum oldu 27 Oktyabr 2021, 20:28 Türkiyə PUA-larına embarqo qoyan şirkət MÜFLİS OLDU 27 Oktyabr 2021, 20:16 ABŞ-ın nazirlik binasında partlayış təhlükəsi 27 Oktyabr 2021, 19:50 Aİ-dən Moldovaya 60 milyon avro YARDIM 27 Oktyabr 2021, 19:45 Afrika İttifaqı Sudanın üzvlüyünü DAYANDIRIR 27 Oktyabr 2021, 19:34 İranla nüvə danışıqları BƏRPA OLUNUR 27 Oktyabr 2021, 19:13 Müttəfiqlik rəmzi olan hədiyyə... 27 Oktyabr 2021, 19:07 Məhkəmədə Nərminin əmisi dindirildi 27 Oktyabr 2021, 19:00 Avtobuslarda bank kartı ilə ödəniş REALLAŞIR 27 Oktyabr 2021, 18:54 Azərbaycan və Ermənistan razılaşmaya yaxındır - Baş nazirin müavini 27 Oktyabr 2021, 18:47 Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata BURAXILDI 27 Oktyabr 2021, 18:34 Rövşən Əkbərovun Milli Qəhrəman adı ƏLİNDƏN ALINMADI 27 Oktyabr 2021, 18:27 Şəhidin anım günüdür - FOTO 27 Oktyabr 2021, 18:20 Manatın xarici valyutalara qarşı məzənnəsi 27 Oktyabr 2021, 18:14 Üç hakimin səlahiyyətlərinə xitam verildi 27 Oktyabr 2021, 18:07 Azərbaycanda qeydiyyata alınan DİNİ QURUMLAR 27 Oktyabr 2021, 18:00 Koreyalı deputat şəhidlərimizi yad etdi 27 Oktyabr 2021, 17:54 Ermənistan XİN: “Tərəflərin yeni sənəd imzalaması istisna olunmur” 27 Oktyabr 2021, 17:48 Daha bir məktəbdə əyani tədris DAYANDIRILDI 27 Oktyabr 2021, 17:48 Zəfər günü ilə bağlı keçiriləcək tədbirlərin SİYAHISI 27 Oktyabr 2021, 17:42