Modern.az

ÜDM həcmi 102,6 milyard manata çatacaq

ÜDM həcmi 102,6 milyard manata çatacaq

8 Sentyabr 2021, 20:54

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2022-ci il və sonrakı üç il üzrə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, baza ssenaridə (neftin bir barelinin orta illik qiyməti 2021-2022-ci illər üzrə 55 ABŞ dolları, 2023-2025-ci illər üzrə 50 ABŞ dolları fərz edilməklə) cari ildə ölkədə ÜDM-in real artımı 4,6 faiz olmaqla 82,3 milyard manat, o cümlədən, qeyri-neft ÜDM-in artımı 5,2 faiz olmaqla, 55,1 milyard manat təşkil edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

 

Proqnozlara əsasən, ortamüddətli dövrdə iqtisadi artım templərinin bərpa edilməsi ilə ölkədə ÜDM-in həcminin 2022-ci ilin sonuna 87,5 milyard manat, 2025-ci ildə isə 102,6 milyard manata qədər artacağı gözlənilir.

 

İqtisadiyyatın diversifikasiyasının genişləndirilməsi növbəti illərdə də əsas strateji iqtisadi prioritetlərdən biri olmağa davam edəcəkdir. İqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir.

 

2025-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,9 faizə, neft sektorunun payının isə 27,1 faizə bərabər olacağı proqnozlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir