Arxiv
12 Sentyabr 2021, 19:12 | PARLAMENT
Deputatlardan Ramin Bayramlının istefasına REAKSİYA

Bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən  istefa verib. Bununla bağlı o, özünün Tvitter hesabında yazıb.

 

Paylaşımda deyilir: "Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm".

 

Ramin Bayramlının istefası günün əsas müzakirə mövzusuna çevrilib. Onun vəzifəsindən getməsi barədə müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, R.Bayramlının TƏBİB-dən getməsi ən doğu qərardır və o, səlahiyyətlərinin öhdəsindən gələ bilmirdi.

 

Bəs, Ramin Bayramlı niyə istefa verdi? İstefanın arxasındakı səbəblər nələrdir?

 

 

Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a bildirib ki, onun istefa qərarının gerçək səbəbləri hələlik məlum deyil:

 

"Ramin Bayramlının istefasını oxudum. Hələ bilmək olmaz, istefasının arxasında nələr var. Bununla bağlı yəqin ki, yaxın günlərdə suallara cavab tapılar. Mən özüm ilk gündən Milli Məclisdə qeyd etmişəm ki,  Səhiyyə Nazirliyini iki yerə bölmək səhv addımdır. Səhiyyə Nazirliyi ölkə əhalisinin sağlamlığı ilə məşğul olan qurumdur.  Ona görə də səhiyyənin iki yerə ayrılması xoşagəlməzdir. Düzdür, TƏBİB koronavirusun ağır vaxtlarında müsbət addımlar atdı, amma hesab edirəm ki, bu quruma ümumiyyətlə ehtiyac yox idi. Səhiyyə Nazirliyinin tabeliyində nə lazım idisə, orada görülürdü. Niyə Səhiyyə Nazirliyini iki yerə bölürük? Bu məsələni Milli Məclisdə müzakirə edəndə fikirimi bildirdim ki, belə etmək olmaz. Təəssüf ki, oldu".

 

 

Deputat Fazil Mustafa isə R.Bayramlının istefasına belə münasibət bildirib:

 

“Bu yükü yerinə yetirmək çətindir. İkili idarəetmə sistemi həmişə belə narahatlıqla müşahidə olunub. Həm TƏBİB, həm də Səhiyyə Nazirliyi qarışıq mühit yaradıb. Ona görə də bir mərkəzdən idarə olunan formaya gətirmək lazımdır ki, normal fəaliyyət göstərə bilsinlər. Təəssüf ki, bu yoxdur. Görünür ki, içəridə də anlaşılmazlıq, müəyyən məsələlərin həllində narahatlıqlar belə addımın atılmasına gətirib çıxardı. Hesab edirəm ki, hazırki ağır prosesdə TƏBİB-in başında olmaq və pandemiyanı idarə etmək asan məsələ deyil”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xarici valyutaların manata qarşı məzənnələri 20 Sentyabr 2021, 09:05 Bakının əsas yollarında tıxac var - SİYAHI 20 Sentyabr 2021, 09:00 Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü 20 Sentyabr 2021, 08:50 Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49 Hindistandan quş və quş əti idxalı dayandırıldı 19 Sentyabr 2021, 19:40 Fransa ABŞ ilə münasibətlərində böhran olduğunu açıqladı 19 Sentyabr 2021, 19:24 Liviyada iki helikopter toqquşdu, ölənlər var 19 Sentyabr 2021, 19:09 8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı 19 Sentyabr 2021, 18:15
SORĞU Hansı vaksinə etibar edirsiniz?