28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
13 Sentyabr 2021, 14:53 | QARABAĞ
Gömrük Komitəsi Gorus - Qafan yolunda İran maşınlarından rüsum alındığını TƏSDİQLƏDİ

Ötən gün sosial şəbəkələrdə Azərbaycanın Şərqi Zəngəzur bölgəsindən keçən Gorus-Qafan yolunda İran maşınlarından dövlət rüsumu aldığına dair qəbzin şəkilləri yayılıb. Qəbzin üzərində “Cənub Ərazi Baş Gömrük İdarəsi” qeydi var. Şəkil Ermənistan mətbuatında da tirajlanıb və bu ölkədə isterikaya səbəb olub.


Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı yayılan məlumata aydınlıq gətirib. 

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Modern.az-ın sorğusuna verilən cavabda bildirilib ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və ərazini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.

 

Qeyd edilib ki, bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir:

 

“Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”.

 
Xatırladaq ki, Azərbaycan bir neçə gündür Gorus-Qafan yolunun ölkəmizin suveren ərazisindən keçən hissəsində post qurulub. Həmin postda İran nömrəli maşınlar Azərbaycan hərbçiləri və polisləri tərəfindən ciddi şəkildə yoxlanılır.

Bu, İranın Qarabağa qanunsuz yük daşımasına adekvat cavabdır. Rəsmi Bakı məsələni diplomatik kanallarla dəfələrlə Tehranın diqqətinə çatdırsa da, dəyişikliyin olmaması praktiki addımları aktuallaşdırdı: Gorus-Qafan yolunda aparılan yoxlamalarla rıçaqlar işə salındı. Məlumatlara görə, yoxlamalar olduqca ciddidir: yüklər nədən ibarətdir, hansı şirkətə məxsusdur, hansı müştəriyə çatdırılır və s. Azərbaycanın suveren ərazisindən tranzit kimi istifadə olunan İran maşınlarından tranzit haqqı da alınır.
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan daha 3 erməni hərbçinin cəsədini təhvil verdi 28 Sentyabr 2021, 21:29 “Əfqanıstan ordusunun sürətli çöküşü gözlənilməz idi” - Oustin 28 Sentyabr 2021, 21:21 TÜRKPA ölkələrinin parlament sədrləri mətbuat konfransı keçirdi 28 Sentyabr 2021, 21:10 Misir mumiyalarının 3D rekonstruksiyası yaradılıb 28 Sentyabr 2021, 20:59 “Revanşizm səylərindən vaz keçmək üçün onlara xəbərdarlıq etmək vaxtıdır” – İlham Əliyev 28 Sentyabr 2021, 20:41 Orduda müharibənin ildönümü ilə bağlı tədbir - VİDEO 28 Sentyabr 2021, 20:28 İlham Əliyev XİN başçılarının ABŞ-dakı görüşündən DANIŞDI 28 Sentyabr 2021, 20:18 Prezident: “Azərbaycan xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur” 28 Sentyabr 2021, 20:03 “Biz münaqişənin həll olunduğunu hesab edirik” - Prezident 28 Sentyabr 2021, 20:00 Dövlət başçısı: “Bütün hərbi əsirlər Ermənistana qaytarılıb” 28 Sentyabr 2021, 19:58 İlham Əliyev: “Muxtariyyət artıq müzakirə mövzusu deyil” 28 Sentyabr 2021, 19:49 Prezident Fransa ilə münasibətlərdən DANIŞDI 28 Sentyabr 2021, 19:44 Mehmandarovların Şuşadakı malikanəsi təmir olunur 28 Sentyabr 2021, 19:40 İlham Əliyev “France 24” telekanalına müsahibə verib - YENİLƏNİB 28 Sentyabr 2021, 19:35 Suriyada terakt törədildi: Ölən və yaralananlar var 28 Sentyabr 2021, 19:28 Quterreş: “Nüvə təhlükəsinin səviyyəsi 40 ildə maksimuma çatıb” 28 Sentyabr 2021, 19:23 Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası oldu 28 Sentyabr 2021, 19:14 Vətən müharibəsinin tarixini təhrif edən direktor DANIŞDI 28 Sentyabr 2021, 19:00 Xudafərin-Qubadlı-Laçın yolunun inşası davam edir - FOTO 28 Sentyabr 2021, 18:52 Azərbaycan və Ermənistan arasında qarşılıqlı inam gücləndirilməlidir  - Baş katib 28 Sentyabr 2021, 18:46 İki ölkə arasında saziş imzalanacaq 28 Sentyabr 2021, 18:40 Goranboyun xurma bağlarında zərərvericilər tapıldı 28 Sentyabr 2021, 18:33 Ərdoğan Baydenlə görüşəcək 28 Sentyabr 2021, 18:26 CAREC Proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilib 28 Sentyabr 2021, 18:20 Rusiya daha 5 müəssisənin alma ixracına icazə verdi 28 Sentyabr 2021, 18:14 İlham Əliyev Paşinyanla görüşə ETİRAZ ETMƏDİ 28 Sentyabr 2021, 18:07 Bakı-Sumqayıt qatarlarının həftəsonu hərəkət CƏDVƏLİ 28 Sentyabr 2021, 18:00 Yaponiyada fövqəladə vəziyyət ləğv olunur 28 Sentyabr 2021, 17:54 Bakının Yasamal və Sabunçu rayonlarında evləri su basdı - VİDEO 28 Sentyabr 2021, 17:48 Ombudsmanın əməkdaşları Şəkidə uşaq evində olublar  28 Sentyabr 2021, 17:42 İrakli Qaribaşvilinin Bakı səfərindən gözləntilər... - Deputat ŞƏRH ETDİ 28 Sentyabr 2021, 17:36 3 kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verildi   28 Sentyabr 2021, 17:30 Rezidenturaya qəbulun II mərhələsinin NƏTİCƏLƏRİ 28 Sentyabr 2021, 17:26 Zakir Həsənov sülhməramlıların yeni komandanı ilə GÖRÜŞDÜ 28 Sentyabr 2021, 17:20 “Köfteci Ramiz” restoranı CƏRİMƏLƏNDİ 28 Sentyabr 2021, 17:15
SORĞU Hansı vaksinə etibar edirsiniz?