Modern.az

Bu müəllimlər məktəblərə buraxılmayacaq

Bu müəllimlər məktəblərə buraxılmayacaq

14 Sentyabr 2021, 13:12

Peyvənd olunmayan, əks-göstəriş və ya immun sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.

 

Modern.az-ın məlumatına görə, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

 

R.Ağayev qeyd edib ki, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin sayı barədə məlumatlar gündəlik dəyişir.

 

Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əməkhaqqı məsələsinə gəlincə isə nazir müşaviri bildirib ki, bununla bağlı hələlik konkret qərar yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi