28 Sentyabr 2021, Çərşənbə axşamı
Arxiv
14 Sentyabr 2021, 22:32 | MƏDƏNİYYƏT
Yaqub Zurufçunun vəfatı ilə əlaqədar NEKROLOQ

Mədəniyyət Nazirliyi əməkdar artisti Yaqub Zurufçunun vəfatı ilə əlaqədar nekroloq yayıb.

 

Modern.az xəbər verir ki, nekroloqda deyilir:

 

“Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

 

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu 65 yaşında dünyasını dəyişib.

 

Yaqub Zurufçu, 1956-cı il aprelin 8-də Təbriz şəhərində dünyaya göz açıb. 11 yaşında xalq mahnıları və bəstəkar mahnıları ilə tez bir zamanda tanış olan Yaqub Zurufçu,15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri Var Xana-Xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnılarını məharətlə ifa edib. Müğənni bu istedadını və oxumaq istəyini atasının uzun müddət Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevdası ilə əlaqələndirirdi.

 

Yaqub Zurufçu 19 yaşında Tehran Universitetinin İqtisad fakültəsində təhsilinə başlamış, eyni zamanda Tehran operasının xorunda musiqi fəaliyyətini davam etdirib. 1980-ci ildə Almaniyaya köçən müğənni musiqi təhsilini Hamburq şəhərində vokal sənəti üzrə davam etdirib, daha sonra Amerikanın Florida ştatında Miami şəhərinin Miami Universitetində vokal sənəti üzrə master diplomunu alıb.

 

Bütün həyatı boyu qəlbində Azərbaycan musiqi sevdası ilə yaşayan Yaqub Zurufçunun dillər əzbəri olan “Ayrılıq” mahnısının hər bir vətəndaşımızın qəlbində xüsusi yeri var. O, 17 sentyabr 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına layiq görülüb.

 

Bir neçə gün öncə koronavirusa yoluxan sənətçi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Allah rəhmət eləsin!”

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İctimai TV bu gündən daha bir ilkə imza atdı 28 Sentyabr 2021, 11:14 Qalib sərkərdənin müraciəti: müdriklik və ədalət, inam və cəsarət 28 Sentyabr 2021, 11:08 Qazaxıstanda Nizami Gəncəvi ilə bağlı təqdimat olub 28 Sentyabr 2021, 11:06 Nazirlikdə kadr potensialının gücləndirilməsi istiqamətində görüş keçirildi - FOTOLAR 28 Sentyabr 2021, 11:03 Daha bir vaksin maxinasiyası - 6 nəfərə cinayət işi açıldı 28 Sentyabr 2021, 11:00 Protezlə təmin edilən qazilərin SAYI 28 Sentyabr 2021, 10:56 “Yaddaş” kitabı və Memorial.az saytı TƏQDİM OLUNDU 28 Sentyabr 2021, 10:53 Koronavirusun qeydə alınmadığı 5 ÖLKƏ 28 Sentyabr 2021, 10:52 Vilayət Eyvazova ağır itki üz verib 28 Sentyabr 2021, 10:49 Binalarda liftlərin ehtiyat hissələrini oğurlayan dəstə saxlanıldı - VİDEO 28 Sentyabr 2021, 10:44 Dilənçi qadın evdən oğurluq etdi 28 Sentyabr 2021, 10:39 Bakı-Sumqayıt yolunda sıxlıq var 28 Sentyabr 2021, 10:35 Elnur Əşrəfoğlunun anası Birinci vitse-prezidentdən KÖMƏK İSTƏDİ 28 Sentyabr 2021, 10:31 Tovuzda 9 yaşlı məktəblini avtomobil vurub  28 Sentyabr 2021, 10:26 Tanışına 5 bıçaq vurub TƏSLİM OLDU 28 Sentyabr 2021, 10:22 İraqlı nazir Bakı Ali Neft Məktəbində - FOTO 28 Sentyabr 2021, 10:17 Məşhur müğənni insan alverində təqsirləndirilir 28 Sentyabr 2021, 10:13 25 günün qəza statistikası: 45 ölü, 18 yaralı 28 Sentyabr 2021, 10:08 Azərbaycan tarixi ədaləti bərpa etdi 28 Sentyabr 2021, 10:04 UNEC-də XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər konfransı keçirilib 28 Sentyabr 2021, 10:00 Avqustda qadın pensiyaçılar kişilərdən çox olub 28 Sentyabr 2021, 09:54 Magistral yollarda sürət həddi endirildi 28 Sentyabr 2021, 09:50 Keçmiş kürəkənini bıçaqlayan qayınata TUTULDU 28 Sentyabr 2021, 09:46 Parlament şəhid və qazi ailələrinin məsələsinə yenidən baxacaq 28 Sentyabr 2021, 09:40 DYP-dən taksi sürücülərinə sonuncu XƏBƏRDARLIQ 28 Sentyabr 2021, 09:36 İnternat uşaqları: onları bu müəssisələri tərk edəndən sonra nələr gözləyir… 28 Sentyabr 2021, 09:31 Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edildi 28 Sentyabr 2021, 09:27 Sabahdan universitetlər və kolleclər açılır 28 Sentyabr 2021, 09:22 Qarabağa “Böyük qayıdış”la bağlı komissiya yaradılır 28 Sentyabr 2021, 09:17 “Brent” neftin qiyməti 80 dolları ötdü 28 Sentyabr 2021, 09:12 Xarici valyutaların manata qarşı məzənnələri 28 Sentyabr 2021, 09:06 Direktor olmaq istəyənlərin nəzərinə - Müsahibə mərhələsi başlayır 28 Sentyabr 2021, 09:00 Şəmkirdə ağır qəza -1 nəfər öldü 28 Sentyabr 2021, 08:52 Yaddan çıxmış sənətkarlar: Məmurların haqsızlığı ilə üzləşən, ad günündən 3 gün sonra ölən AKTYOR 28 Sentyabr 2021, 08:45 Dünyada COVID-19-a yoluxanların sayı 233 milyonu ÖTDÜ 28 Sentyabr 2021, 08:35
SORĞU Hansı vaksinə etibar edirsiniz?