Modern.az

Yaqub Zurufçu “Qurd qapısı”nda dəfn olunacaq

Yaqub Zurufçu “Qurd qapısı”nda dəfn olunacaq

15 Sentyabr 2021, 10:55

Ötən gün koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

 

Mərhum sənətkar bu gün saat 13:00-da torpağa tapşırılacaq.

 

Qeyd edək ki, Yaqub Zurufçu dünən koronavirusdan dünyasını dəyişib.

 

O, 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir