Modern.az

Dövlət Komitəsi köçkünlərlə bağlı videoçarxlar hazırladı

Dövlət Komitəsi köçkünlərlə bağlı videoçarxlar hazırladı

15 Sentyabr 2021, 11:55

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və  təəssüratları barədə videoçarxlar hazırlamağa davam edir. 

 

Modern.az xəbər verir  ki, Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam, Kəlbəcər və Laçın və ərazisi işğaldan azad olunmuş digər rayonların sakinləri möhtəşəm Zəfər haqqında fikir və düşüncələrini, Qələbə duyğularını bölüşürlər.

 

Növbəti videoçarxlarda Laçın rayonundan Fəxrəddin Paşayev, Füzuli rayonundan, qazi Adil Quliyev və bir neçə gün öncə Şuşa şəhərinə səfər edən sakinlərin fikirləri yer alıb.  Videolayihə əsasında çəkilişlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir