Modern.az

Qanunsuz ov edənlər cəzalandırıldı

Qanunsuz ov edənlər cəzalandırıldı

15 Sentyabr 2021, 12:12

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. 

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a açıqlamasında bildirib ki, araşdırma zamanı brakonyerin Siyəzən rayon sakini Ramin Zeynalov olduğu müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

 

“Keçirilən nəzarət tədbirləri zamanı inzibati rayonların ərazisində qanunsuz ov etdiklərinə görə Neftçala rayon sakini Bəxtiyar İsmayılov, Biləsuvar rayon sakini Surac Baxşiyev, Ağdaş rayon sakini İlham Məmmədov, Füzuli rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Orxan Əlizadə, Emil Əminov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib”

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi