Modern.az

Yaqub Zurufçu dəfn olundu

Yaqub Zurufçu dəfn olundu

Aktual

15 Sentyabr 2021, 13:24

Əməkdar artist Yaqub Zurufçu dəfn olunub.

 

Modern.az xəbər verir ki, mərhum sənətkar "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

 

Mərasimdə Y.Zurufçunun ailə üzvləri və yaxınları iştirak edib.

 

Qeyd edək ki, Yaqub Zurufçu dünən koronavirusdan dünyasını dəyişib.

 

O, 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı