Arxiv
15 Sentyabr 2021, 14:56 | AKTUAL
Qardaşlığımızın dünəni, bu günü və sabahı - FOTOLAR

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə Gəncliyə Yardım Fondunun ofisində “Qardaşlığımızın dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə millət vəkilləri, tarixçi alimlər, şəhid ailələri və qazilər iştirak edib. Əvvəlcə Bakının qurtuluşu yolunda, Çanaqqala döyüşlərində, həmçinin birinci və ikinci Qarabağ döyüşlərinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iki qardaş dövlət Azərbaycan və Türkiyə Respublikasının dövlət himnləri səsləndirilib.

 

Tədbirə giriş sözü ilə açan “Tərxis Olunmuş Hərbçilərin Gənclərin Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli çıxış edərək Koalisiyanın təsis olunduğu gündən hər zaman bu kimi tarixlərə xüsusi diqqət yetirdiyini qeyd edərək Bakının işğaldan azad edilməsinin tarixin ən böyük zəfərlərindən biri olduğunu, Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağını bildirib. Koalisiya sədri əlavə edib ki, 44 günlük ikinci Qarabağ müharibəsi zamanı da qardaş Türkiyə öz dəstəyini ən yüksək səviyyədə bariz nümunələrlə ifadə etdi. Bu gün iki qardaş ölkə arasında olan münasibətlər bir millət iki dövlət devizinə dayanaraq yüksələn xəttlə bütün sahələrdə möhkəmləndirlir. Millət vəkili, professor Anar İsgəndərov 1918-ci ildə Bakıda baş verən siyasi porseslərin, erməni vandalizmi, xüsusilə 31 mart soyqrımının Qafqaz İslam Ordusunun keçdiyi çətin və ağır döyüş yolu, Hərbi Akademiyanın müəllimi, General-Leytenat Yaşar Aydəmirov türk hərb tarixi və Qafqaz İslam Ordusunun keçirdiyi hərbi strategiyaları, Xəzər Universitetinin müəllimi tarixçi alim Telman Nüsrətoğlu Osmanlı və Azərbaycan dövlətinin qardaşlıq münasibətlərinin qədim tarixə dayandığı və qardaşlıq tarixi haqqında danışıb. Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü Azərbaycana hər zaman ən böyük dəstəyi Türkiyə Dövlətinin verdiyini, təkcə hərbi müstəvi də deyil, fikri müstəvidə də Azərbaycan aydınlarının Türkiyəyə bağlı olduğunu bildirib.


Son olaraq çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 15 sentyabr tarixinin həm Türkiyə Dövləti, həm də Azərbaycan Respublikasında bir bayram olduğunu vurğulayıb. Hər iki dövlətin uzun illərdir davam edən qardaşlıq əlaqələrinin öz bəhrəsini verdiyini, bunun ən bariz münunəsinin də 44 günlü şanlı zəfərlə Qarabağın işğaldan azad edildiyini qeyd edib.

 

Xatırladaq ki, “Qardaşlığımız Əbədidir” QHT Koalisiyası Azərbaycanın bir qrup QHT-ləri tərəfindən 2018-ci ilin fevral ayında Azərbaycan-Türkiyə münasibətlərinə dəstək vermək, iki qardaş ölkə arasındakı ictimai əlaqələri daha dagüclındirmək məramı ilə yaradılıb. Koalisiyada Müasir İnkişaf Birliyi, Tərxis Olunmuş Gənclərin Hərbiçiləri Maarifləndirmə Birliyi, Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti, Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Dövlətlərilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti,"Könüllülük Fəaliyyətinin Təbliği"gənclər birliyi təmsil olunur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Somalidə toqquşma - 30 ölü 25 Oktyabr 2021, 00:52 Pikassonun 11 əsəri 110 milyon dollara satıldı - FOTOLAR 25 Oktyabr 2021, 00:38 XİN-dən Qubadlı PAYLAŞIMI 25 Oktyabr 2021, 00:14 Qubadlının işğaldan azad olunmasından 1 İL ÖTÜR 25 Oktyabr 2021, 00:05 Türkiyədə koronavirusla bağlı son vəziyyət 24 Oktyabr 2021, 23:48 Nigeriyada neft zavodunda partlayış: 25 ölü 24 Oktyabr 2021, 23:20 AMEA-nın folklorşünas alimi VƏFAT ETDİ 24 Oktyabr 2021, 22:58 Cüdoçularımızdan dünya çempionatında 8 MEDAL 24 Oktyabr 2021, 22:51 Füzuli Beynəlxalq Hava Limanındandan VİDEOREPORTAJ 24 Oktyabr 2021, 22:18 “Liverpul” “Mançester Yunayted”ı darmadağın etdi 24 Oktyabr 2021, 22:08 Özbəkistan SEÇKİLƏR -Fəallıq 80%-dən çox olub 24 Oktyabr 2021, 21:51 Gürcüstan-Ermənistan sərhədində ZƏLZƏLƏ 24 Oktyabr 2021, 21:32 Aİ Kabildə diplomatik missiyasını BƏRPA EDİR 24 Oktyabr 2021, 21:14 Özbəkistanda prezident seçkiləri YEKUNLAŞDI 24 Oktyabr 2021, 21:02 "Real Madrid" "Barselona"nı səfərdə məğlub etdi 24 Oktyabr 2021, 20:23 Daha biri koronavirus xəstəsi Metroda 24 Oktyabr 2021, 20:10 Rusiyada təyyarə qəzası - Ölənlər var 24 Oktyabr 2021, 19:45 “Qəbələ” “Keşlə”yə qalib gəldi 24 Oktyabr 2021, 19:12 DİM imtahan nəticələrini AÇIQLADI 24 Oktyabr 2021, 19:08 Qətlə yetirilən soydaşımızın nəşi vətənə GƏTİRİLƏCƏK 24 Oktyabr 2021, 17:59 Əlcəzairdən fransızca qadağası 24 Oktyabr 2021, 17:44 Consondan çağırış 24 Oktyabr 2021, 17:36 Koronavirusa qarşı PEYVƏNDLƏNƏNLƏR 24 Oktyabr 2021, 17:25 Son sutkada YOLUXANLAR - Ölənlər artdı 24 Oktyabr 2021, 17:21 İranda koronavirus mənzərəsi 24 Oktyabr 2021, 17:19 Taliblərdən İran imtinası 24 Oktyabr 2021, 17:08 Polkovnikin nəvəsi intihar etdi 24 Oktyabr 2021, 16:58 Şahinlərimiz Türkiyədən geri dönür  24 Oktyabr 2021, 16:51 Gürcüstanın virus mənzərəsi 24 Oktyabr 2021, 16:39 Baş nazirə 15 illik cəza  24 Oktyabr 2021, 16:26 İbrahimoviçdən növbəti ilk  24 Oktyabr 2021, 16:15 Əsl insan gözəllikdə gözəlliyi görməyi bacarandır - Deputat 24 Oktyabr 2021, 16:05 Özbəkistanda seçki baş tutdu 24 Oktyabr 2021, 15:51 66 milyon illik skelet rekord qiymətə... 24 Oktyabr 2021, 15:46 Professor dünyasını dəyişdi 24 Oktyabr 2021, 15:34