Modern.az

“Bizə qardaş köməyinə qaçmağı öyrətdilər” - Cahit Bağcı

“Bizə qardaş köməyinə qaçmağı öyrətdilər” - Cahit Bağcı

Aktual

15 Sentyabr 2021, 18:36

“Bu gün Anadolunun hər yerində Qafqaz İslam Ordusu bayrağı altında toplaşan qəhrəmanlar yad edilir”

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə səfirlikdə təşkil olunan mərasimdə bildirib.

 

Səfir deyib ki, onlar çox əhəmiyyətli miras qoyub gediblər:

“Ən çətin zamanda qardaşlarının köməyinə qaçmağı bizə öyrətdilər. Qarabağ işğal olunanda türk hökuməti köməyə gələ bilməməyin təəssüfünü yaşayıb. Bu gün Türkiyənin siyasi və mənəvi dəstəyilə Qarabağ azaddır. Bu gün sadəcə Qarabağda deyil, Suriyada, Kərkükdə də şəhid qanları var. Bilirəm ki, azərbaycanlı qardaşlarımız Qafqaz İslam Ordusunun məzarlarını qoruyub saxlayıb. Bu gün bütün cəbhələrdə şəhid düşən azərbaycanlıları, türkləri rəhmətlə yad edirik”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır