Modern.az

Azərbaycan və Belarus hərbi maliyyəçiləri arasında görüş

Azərbaycan və Belarus hərbi maliyyəçiləri arasında görüş

Aktual

15 Sentyabr 2021, 19:18

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 15-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində maliyyə təminatı sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxsləri və mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Həmçinin, görüşdə maliyyə təminatı məsələsi və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!