Arxiv
15 Sentyabr 2021, 20:54 | AKTUAL
Türk dünyasında vahid informasiya məkanının yaradılması perspektivləri

Qazaxıstanın paytaxtı Nur-Sultanda Beynəlxalq Türk Akademiyası XVII Avrasiya Media Forumunun təşkilat komitəsi ilə birlikdə "Türkdilli ölkələrdə media. Yenireallıqlarşəraitindəəməkdaşlığıninkişafı" adlı dəyirmi masa təşkil edib.

 

Dəyirmi masada türkdilli ölkələrdən tanınmış media menecerləri, habelə Macarıstan və Tacikistandan qonaqlar, Azərbaycandan tanınmış jurnalist və teleaparıcı Tofiq Abbasov, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli, Türkiyənin NTV kanalının xarici xəbər xidmətinin rəhbəri Ahmet Yeşiltepe, Macarıstanın "Duna" televiziyasının direktoru İştvan Palffi, Qazaxıstan Televiziyasının baş direktoru Lazzat Tınızbay, Türkmənistan Dövlət İnformasiya Agentliyi baş direktorunun müavini Şıxemurad Kakışev, Tacikistanın "Avesta" İnformasiya Agentliyinin baş redaktoru Janatxon Kurbanova və digər media nümayəndələri, ekspertlər iştirak ediblər.

 

Türk dünyası ilə Mərkəzi Asiya ölkələri arasında media sahəsində əməkdaşlığa dair müzakirələrin aparıldığı dəyirmi masada yeni reallıqlar şəraitində medianın inkişafı və təcrübə mübadiləsi, həmçinin qarşıda duran maneələr barədə danışılıb. Eyni zamanda, türkdilli ölkələrin ortaq media platformasının qurulmasına dair təkilflər irəli sürülüb.

 

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli qeyd edib ki, hazırda medianın qarşısında milli məzmun (kontent) formalaşdırmaq və əldə olunan informasiyanı idarə etmək bacarığı kimi iki vacib məsələnin həlli dayanır. Onun sözlərinə görə, türk dövlətləri arasında informasiya mübadiləsində çətinliklər mövcuddur və hələ də bir çox hallarda informasiya mübadiləsini üçüncü ölkələrin mediası üzərindən aparılır. Bu isə milli kontent formalaşdırmaq bacarığının yetərli səviyyədə olmamasından qaynaqlanır. F.Məcidli Türkiyə ilə Azərbaycan arasında informasiya sahəsində əməkdaşlığın, ortaq media platformasının qurulmasının digər türk dövlətləri ilə də qarşılıqlı şəkildə həyata keçirilməsinin vacibliyinə diqqət çəkib və bunun bir model təşkil etdiyini deyib.

 

Tanınmış jurnalist Tofiq Abbasov 44 günlük Vətən Müharibəsində türk dövlətlərində medianın mövqeyi ilə bağlı fikirlərini bölüşüb.

 

Türkiyənin NTV kanalının xarici xəbər xidmətinin rəhbəri Ahmet Yeşiltepe, Macarıstanın "Duna" televiziyasının direktoru İştvan Palffi, Qazaxıstan Televiziyasının baş direktoru Lazzat Tınızbay və digərləri yeni media trendləri, türk dövlətlərinin informasiya sahəsində əməkdaşlığı, uşaqlar üçün kontentin yaradılması, cizgi filmlərinin çəkilməsi, ortaq sənədli filmlərin istehsalı kimi məsələlərə dair təkilflər səsləndiriblər.

 

Qeyd edək ki, dünyanın 25 ölkəsindən 60-dan çox spikerin və 3000-dən çox onlayn iştirakçının iştirak etdiyi və 3 gün davam edəcək forum çərçivəsində nüfuzlu media menecerlərinin ustad dərsləri (master class) keçiriləcək, fərqli panellərdə informasiya təhlükəsizliyi, yeni media trendləri və digər mövzular ətrafında müzakirələr aparılacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
SORĞU Hansı vaksinə etibar edirsiniz?