Modern.az

Dünyanın ən nüfuzlu 100 adamı - ADLAR

Dünyanın ən nüfuzlu 100 adamı - ADLAR

Aktual

16 Sentyabr 2021, 00:14

ABŞ-ın “Time” jurnalı hər il müxtəlif kateqoriyalarda dünyanın ən nüfuzlu insanlarının siyahısını dərc edir.

 

Modern.az xəbər verir ki, jurnal artıq 2021-ci ilin siyahısını açıqlayıb.

 

Siyahıda “Novatorlar”, “Sənət adamları”, “Liderlər” və s. kimi 6 kateqoriya mövcuddur.

 

Liderlər arasında ABŞ prezidenti Co Bayden, keçmiş prezident Donald Tramp, Hindistanın baş naziri Narendra Modi, ABŞ-ın vitse-prezidenti Kamala Harris və Çin lideri Si Cinpin, İran prezidenti İbrahim Rəisi, İtaliya və İsrailin Baş nazirləri Mario Draqhi, Naftali Bennett, El Salvador prezidenti Nayeb Buçele və Əfqanıstan Baş nazirinin müavini Abarqad var.

 

“Sənət adamları” kateqoriyasında aktyorlar Skarlet Yohansson, Keyt Uinslet, rejissor Çloe Zao yer alıb.

 

“İkonalar” arasında Britaniya şahzadəsi Harri, həyat yoldaşı Meqan, tennisçi Naomi Osaka, müğənni Britney Spirs, rusiyalı müxalifətçi Aleksey Navalninin adları qeyd olunub. 

 

“Novatorlar” kateqoriyasına “SpaceX” şirkətinin baş direktoru Elon Mask, “General Motors”un rəhbəri Meri Barran və başqaları daxildir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır