Modern.az

Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR

Rüstəm Xəlilov şəhid ailələrini və qaziləri ziyarət edib - FOTOLAR

Aktual

16 Sentyabr 2021, 14:52

Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov və hüquq mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsində şəhid  və qazi olmuş şəxslərin ailə üzvlərini ziyarət edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında şəhid olmuş Ağaməmmədov Xəyal Salam oğlunun, Şıxəliyev Mehdi Yalçın oğlunun, Yaqubov Hümbət Mərhəmət oğlunun, Hüseynov Nicat Adil oğlunun, Quliyev Turab Əlisafa oğlunun və “Vətən müharibəsi”də hər iki ayağından yaralanaraq qazi olmuş Məmmədzadə Adəm Gülhəsən oğlunun ailəsi ziyarət edilib.

 

Hacıqabul rayonunda Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və əlilləri ilə vaxtaşırı görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Belə görüşlərin təşkili silsilə xarakter daşıyır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır