Modern.az

İti su kanalına atan şəxs məsuliyyətə cəlb olundu

İti su kanalına atan şəxs məsuliyyətə cəlb olundu

Aktual

16 Sentyabr 2021, 16:30

"Rəhmsiz rəftar göstərilərək su kanalına atılan itlə bağlı sosial şəbəkədə yayılan görüntülər əsasında aparılan araşdırma başa çatıb".

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Modern.az-a bildirib ki, hüquq-mühafizə orqanları ilə birgə aparılan araşdırma zamanı iti suya ataraq onunla qəddar davranan şəxsin Yevlax rayon sakini İlkin Səfərov olduğu müəyyən edilib.

 

“Faktla bağlı təqsirkar İ.Səfərov barəsində protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb olunub”,- o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı