Arxiv
17 Sentyabr 2021, 11:21 | TƏHSİL
Oktyabrdan tələbə kreditlərinin verilməsinə başlanacaq  - ŞƏRTLƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

 

"Təhsil-tələbə kreditləri təhsil üçün yeni bir mexanizmdir. Fondun 80 milyon manatlıq büdcəsi var. Bu il ərzindən təxminən 40 minə yaxın tələbəyə təhsil kreditlərinin verilməsini həyata keçirəcəyik. Burada həm bakalavr, həm də magistr pilləsində kreditlərin verilməsindən söhbət gedir. Təhsil-tələbə kreditinin iki forması nəzərdə tutulub. Biri sosial kreditlərdir, digəri isə standart təhsil-tələbə kreditidir. Sosial kreditlər əsasən sosial qruplardan olan tələbələrə təhsil haqlarını ödəməyə imkan verəcək. Həmin kateqoriya müəyyənləşdirilib. Burada xüsusi güzəştlər də var. Məsələn, siz 4 il ərzində kredit almısızsa, 4 ildən sonra sizə müəyyən güzəşt dövrü verilir. Oğlanlar hərbi xidmət dövründə kreditin qaydarılmasından azaddır. Qızlar isə ailə qurublarsa, onların analıq məzuniyyəti dövrü və ondan əvvəlki dövr güzəşt dövrü hesab edilir. Həmçinin əgər tələbə iki il işləmirsə, həmin müddətdə krediti qaytarmaqdan azaddır. Kreditin qaytarılması dövrü də kifayət qədər uzunmüddətli bir dövrdür".

 

Şöbə müdiri kreditin qaytarılmasında digər güzəştlərin də nəzərdə tutulduğunu qeyd edib:

 

"Sosial kredit alanların smestr imtahanlarında balı 71 baldan yuxarıdırsa, həmin smestr üçün faiz hesablanmır. Əgər bütün təhsil müddəti dövründə 91 baldan yüksəkdirsə, bu zaman ümumiyyətlə aldığınız kreditin 50 faizini qaytarmaqdan azad olunursunuz və digər hissənin faizləri də kifayət qədər aşağı olur. Standart krediti üçünsə orta müvəffəqiyyət göstəricisi yüksək olanlar və qəbul imtahanlarında yüksək bal toplayanlar müraciət edə bilər. Bu, Azərbaycan təhsil sistemində inqilabi dəyişiklikdir".

 

Nicat Məmmədlinin sözlərinə görə, tələbənin orta müvəffəqiyyət göstəricisinin hesablanması üçün yeni sistem də yaradılıb:

 

"Söhbət 170-180 min tələbədən gedir. Əlbəttə ki, birinci semestrdən müraciət edənlərə də kreditlərin verilməsi nəzərdə tutulub. Bunun üçün keçid balı tələb olunur. Bu da şura tərəfindən müəyyənləşdirilib. Bütün bunların hamısının vahid elektron bazada toplanması, sığorta, bank sisteminin qurulması uzun vaxt aparır. Lakin oktyabrın əvvəllərindən etibarən kreditlərin verilməsinə başlamağı hədəfləmişik. Proses qaydasına düşəndən sonra öz axarınca davam edəcək".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bahar Muradova bu qanunun qəbuluna qarşı çıxan deputatları TƏNQİD ETDİ 20 Oktyabr 2021, 14:37 Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU 20 Oktyabr 2021, 14:33 Türkiyəli ekspert: Təhlükəsizlik Şurasının 5 daimi üzvü dünyanı xaosa aparır 20 Oktyabr 2021, 14:32 Qadınları fahişəliyə cəlb edən şəxs HƏBS EDİLDİ 20 Oktyabr 2021, 14:32 Gəlinini doğrayan qayınataya 18 il İŞ KƏSİLDİ 20 Oktyabr 2021, 14:29 Azərbaycanda ölüm səbəblərinin əsasını bu xəstəlik təşkil edir - Həkim 20 Oktyabr 2021, 14:27 Putin Baydenlə görüşəcək? – Kremldən CAVAB 20 Oktyabr 2021, 14:09 İran yenidən hərbi təlimlərə BAŞLADI 20 Oktyabr 2021, 13:52 Kişilər ev işlərinə görə xanımına pul ödəsin- DEPUTATDAN TƏKLİF 20 Oktyabr 2021, 13:18 Türkiyənin Qarabağ kəndi – Orada ermənilər yaşamır - FOTOLAR 20 Oktyabr 2021, 13:15 Mehriban Əliyeva Boğaziçi sammitinə dəvət olundu 20 Oktyabr 2021, 13:04 Ermənistanda qazın və suyun qiyməti BAHALAŞACAQ 20 Oktyabr 2021, 13:00 Şəhid və qazi ailələri könüllülərin DİQQƏTİNDƏ 20 Oktyabr 2021, 12:55 Azərbaycanla Xorvatiya arasında daha 7 sənəd İMZALANACAQ 20 Oktyabr 2021, 12:51 Milli Parkda ova cəhd edənlər cəzalandırıldı 20 Oktyabr 2021, 12:46 ABŞ Türkiyəni Yunanıstanla ƏVƏZLƏYİR 20 Oktyabr 2021, 12:41 Sabahın hava PROQNOZU 20 Oktyabr 2021, 12:30 Azərbaycanda 14 jurnalist koronavirusdan ölüb 20 Oktyabr 2021, 12:19 Erməni diversantlar qaytarıldı: Bakının jesti nəyə hesablanıb? 20 Oktyabr 2021, 12:15 Nazir “Xudafərin” SES-in inşasının tamamlanma vaxtını AÇIQLADI 20 Oktyabr 2021, 12:14 Daha bir marşrut xətti “BakuBus”a verildi 20 Oktyabr 2021, 12:10 Haaqada Nizami Gəncəvi GECƏSİ 20 Oktyabr 2021, 12:09 Türkiyə sənayesinin bir nömrəli istehsalçısı Azərbaycanda - FOTOLAR 20 Oktyabr 2021, 12:05 YAP-da yeni şöbə yaradılıb 20 Oktyabr 2021, 11:52 Elnur Əşrəfoğlu dəfn olundu 20 Oktyabr 2021, 11:48 “İşıqlı Azərbaycan Fotolarda” - QALİBLƏR 20 Oktyabr 2021, 11:41 Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb             20 Oktyabr 2021, 11:36 Mehriban Əliyeva: Qayıdışın həyəcan və sevincini sizinlə bölüşürəm! 20 Oktyabr 2021, 11:33 Pensiya, minimum əməkhaqqı, müavinət və təqaüdlər 20-40% artırılacaq 20 Oktyabr 2021, 11:32 Zəngilan hansı iqtisadi potensiala malikdir? 20 Oktyabr 2021, 11:30 “Qarabağ Şikəstəsi”nin fortepiano KOMPOZİSİYASI 20 Oktyabr 2021, 11:30 Koronavirusun “delta”dan da təhlükəli ştamı 2 ölkədə TAPILIB 20 Oktyabr 2021, 11:26 Türkiyədə 70 yaşlı satıcıdan iyrənc cinayət – 11 yaşlı qızlara təcavüz etdi 20 Oktyabr 2021, 11:20 Prezident 300 min vətəndaşın ölümündə İTTİHAM OLUNUR 20 Oktyabr 2021, 11:19 Bakıda hakim məhkəmə zalında HƏBS EDİLDİ 20 Oktyabr 2021, 11:15