Modern.az

Qırıcı təyyarələrimiz Türkiyədəki festivalda uçuşlar keçirəcək

Qırıcı təyyarələrimiz Türkiyədəki festivalda uçuşlar keçirəcək

18 Sentyabr 2021, 18:00

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri “Texnofest-2021” festivalında iştirak edəcək.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, sentyabrın 21-də Türkiyənin İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

 

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır