Modern.az

Türkiyədə 5 min illik məzarlıq tapıldı

Türkiyədə 5 min illik məzarlıq tapıldı

Dünya

19 Sentyabr 2021, 10:16

Türkiyənin Diyarbakır bölgəsinin Ergani mahalında 5 min illik məzarlıq tapılıb.

 

Modern.az "DHA"ya istinadla xəbər verir ki, 12 min il əvvəl yaşayış yeri olduğu təxmin edilən Çayönü qəsəbəsində 5 min il yaşı olan məzarlığı bölgədə çalışan arxeoloqlar aşkarlayıb.

 

Diyarbakır valisi bildirib ki, məzarlıqda bişmiş qazanlar və gil boşqablar da üzə çıxıb. Bildirilib ki, məzarlıq əsasən türbələrdən ibarətdir. Məzarlığın Neolit dövrünə aid olduğu vurğulanır. İnsanların köçərilikdən oturaq həyata keçdikləri dövrə aid məzarlıq olduğu bildirilir.

 

Qeyd edilir ki, digər məzarlıqlarla müqayisədə budəfəki qəbiristanlığın yaşı 3 min il daha qədimdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?