Arxiv
19 Sentyabr 2021, 12:59 | AKTUAL
“Mossad” iranlı nüvə alimini robot-pulemyotla güllələyib

İranın məşhur nüvə alimi, İnqilab Keşikçiləri Korpusunun zabiti və Tehrandakı imam Xomeyni Universitetinin fizika professoru Möhsin Fəxrizadənin ötən ilin noyabrında “Mossad” əməkdaşları tərəfindən məsafədən idarə edilən silahla necə öldürüldüyünün təfərrüatları üzə çıxıb.

 

Modern.az xəbər verir ki,The New York Times” qəzeti bu haqda yazır.

 

Fəxrizadənin öldürülməsində məsafədən idarə olunan pulemyotdan istifadə olunduğuna dair məlumatlar hələ ötən il, hadisədən az sonra yayılmışdı. Alimin sui-qəsdə məruz qaldığı yerdə partladılmış avtomobilin qalıqları tapılsa da heç bir insan izinə rast gəlinməmişdi. Əvvəlcə güman edilirdi ki, qatillər çox peşəkar olduqlarından iz buraxmayıblar, amma daha sonra hadisə yerinin təhqiqatı belə ehtimal irəli sürməyə əsas vermişdi ki, sui-qəsddə istifadə olunan silah məsafədən idarə olunub.

İndi qəzet bu ehtimalı təsdiqləyir və yazır ki, həmin silah “Mossad” əməkdaşları tərəfindən istifadə olunan, orbital peykdən idarə edilən, Belçika istehsalı FN MAG pulemyotudur.

 

Bildirilir ki, pulemyot qurğusu İrana sökülərək, hissələrlə aparılıb. Avtomobildə quraşdırılıb və Fəxrizadənin idarə etdiyi qara rəngli “Nissan Teana” avtomobili yaxınlaşanda məsafədən işə salınıb. Əməliyyatda habelə onlarla videokamera istifadə olunub. Hücumun ardınca ağırlığı 1000 kiloqrama yaxın olan qurğu operatorları tərəfindən partladılıb.

 

 

Bu əməliyyatı “Mossad” İran hüdudlarından uzaqdakı komana mərkəzindən idarə edib. Qəzet Amerika, İsrail və İran mənbələrinə istinad edir, onların arasında kəşfiyyat nümayəndələri, o cümlədən əməliyyatın planlaşdırılmasında və icra edilməsində iştirak edənlər yer alır.

Onların ifadələrinə əsasən Fəxrizadəni “Mossad” hələ 2007-ci ildən izləməyə başlamışdı. Onun öldürülməsi üçün əməliyyata hazırlıq isə 2019-cu ilin sonlarından başlayıb. Əməliyyata şəxsən “Mossad” direktoru Yossi Koen rəhbərlik edib, İsrail tərəfi bu əməliyyatla bağlı ABŞ prezidenti Donald Trampla, dövlət katibi Maykl Pompeo və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ceyn Haspellə əməkdaşlıq edib.

59 yaşlı Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehrandan təxminən 70 kilometr məsafədə yerləşən Absard qəsəbəsində öldürülüb. O, “Nissan Teana” avtomobilinin sükanı arxasında olub, alimin arvadı isə arxa oturacaqda oturmuşdu. Avtomobilin arxasında mühafizəçilərin eskortu gəlirdi.

 

Kompüterləşdirilmiş silah isə mavi rəngli “Nissan Zamyad” cipində quraşdırılmışdı, həmin avtomobil yol ayrıcında dayanmışdı. Fəxrizadənin avtomobili yaxınlaşanda robot-pulemyot ona 15 güllə vurur, bütün əməliyyat cəmi 60 saniyə çəkir. Nə alimin arvadı, nə mühafizəçilər zərər çəkməyiblər.

Robot-pulemyot elə layihələndirilmişdi ki, “pikap”ın kuzovunda yerləşə bilsin. Orada habelə bir neçə istiqaməti izləyən kameralar və operatora dəlilləri məsafədən məhv etməyə imkan verən partlayıcı da yerləşdirilmişdi. Əməliyyat planlaşdırılarkən daha bir problem bu idi ki, sükan arxasında məhz Fəxrizadənin olması təminat altına alınsın və onun ailə üzvləri zərər çəkməsin. Bu problem üztanıma kamerası ilə təchiz edilmiş və guya xarab olmuş avtomobilin Fəxrizadənin keçəcəyi döngədə park edilməsi ilə həllini tapıb. Əməliyyat o dərəcədə mükəmməl planlaşdırılıb ki, Fəxrizadənin öldürülməsi 1 dəqiqədən də az vaxt aparıb və dəlillər məhv edilib.

 

Qəzet yazır ki, robot-pulemyot həmin əməliyyatda ilk dəfə tətbiq olunurdu. Daha sonra İsrail məsafədən idarə olunan təkmilləşdirilmiş pulemyotu döyüş PUA-sı ilə əlaqələndirib və özünün yüksək texnologiyalı silahları arsenalına daxil edib. Bu silah hədəfləri məsafədən məhv etmək üçün istifadə ediləcək və belə görünür ki, təhlükəsizlik və casusluq aləmini dəyişdirmiş olacaq. (virtualaz.org)

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zaqatalada minik avtomobili yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 oktyabr təbriki - FOTO 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turu: vaxt açıqlandı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün aksiya keçirilib 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09 Britaniyalı deputatın qatilinın adı açıqlandı  17 Oktyabr 2021, 10:05 Rusiyada qatar arabada olan körpəni vurub öldürdü 17 Oktyabr 2021, 09:59 Füzulidə sərnişin avtobusu yandı 17 Oktyabr 2021, 09:51 Rüstəm Behrudi əməliyyat olunacaq 17 Oktyabr 2021, 09:46 Özbəkistan və Əfqanıstan rəsmiləri görüşdü   17 Oktyabr 2021, 09:35 Zeynəb Xanlarova HARALARDADI... 17 Oktyabr 2021, 09:24 Ermənistanda infilyasiya rekord vurdu 17 Oktyabr 2021, 09:19 ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu 17 Oktyabr 2021, 09:09 İvanişvilinin biznes mərkəzi qarşısında etiraz aksiyası 17 Oktyabr 2021, 08:58 Qardaş ölkədə ağır qəza 17 Oktyabr 2021, 08:49 Ermənistan yenə YALAN məlumat yayıb 17 Oktyabr 2021, 01:12 İtaliyada faşizmə qarşı 200 minlik AKSİYA 17 Oktyabr 2021, 00:51 Gənclər Gəncə terrorunun qurbanlarını yad etdilər 17 Oktyabr 2021, 00:34 XİN-dən Gəncə terroru ilə bağlı PAYLAŞIM 17 Oktyabr 2021, 00:32 Ermənilərin Gəncə və Mingəçevirə raket atmasından 1 İL KEÇİR 17 Oktyabr 2021, 00:19 Quantanamodakı yeganə əfqan məhbus azadlığa çıxacaq 17 Oktyabr 2021, 00:10 Füzulinin işğaldan azad edilməsindən 1 İL ÖTÜR 17 Oktyabr 2021, 00:00 Tehranın narkotrafikdəki ortaqları - Koçaryan, Sarkisyan… 16 Oktyabr 2021, 23:55 Nazirdən qızıl medal qazanan cüdoçuya təbrik 16 Oktyabr 2021, 23:44 Şuşadan Bakıya ilk ZƏNG 16 Oktyabr 2021, 23:33 Türkiyənin yetkin əhalisinin 76%-i tam peyvəndlənib 16 Oktyabr 2021, 23:25 Xəzər dənizində zəlzələ  16 Oktyabr 2021, 22:48 Ərdoğanla Merkel arasında koalisiya POLEMİKASI 16 Oktyabr 2021, 22:26 “Böyük dəbilqə”: Komandamız daha bir medal qazandı 16 Oktyabr 2021, 22:08 Braziliyada qayıq batdı - Ölənlər var 16 Oktyabr 2021, 21:53 ABŞ-dan öldürdüyü şəxslərin ailələrinə təzminat TƏKLİFİ 16 Oktyabr 2021, 21:35