Arxiv
20 Sentyabr 2021, 00:07 | İQTİSADİYYAT
“Əsrin müqaviləsi”nin 27 ili tamamlandı

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur.

 

Modern.az xəbər verir ki, hər il 20 sentyabr tarixi Azərbaycanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı günüdür. Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummili lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.

 

Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında 8 ölkənin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, Yaponiya, Rusiya və Səudiyyə Ərəbistanı) 13 məşhur neft şirkəti (BP, SOCAR, “Amoco”, “McDermott”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “Itochu”, “Ramco”, “Delta”) arasında müqavilənin imzalanması ilə bağlıdır. Təxminən 400 səhifə həcmində və 4 dildə hazırlanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.

 

“AÇG” yatağı altı hasilat platformasından - “Çıraq-1”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ən müasir texnologiyalarla təchiz edilmiş iki texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət olan kompleksə malikdir.

 

Üç il əvvəl isə Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Yeni saziş Azərbaycan Prezidenti İlham Əliyevin və bir qrup yüksək səviyyəli xarici hökumət və dövlət rəsmilərinin iştirak etdiyi tədbirdə Azərbaycan hökuməti adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və tərəfdaş şirkətlərin - SOCAR, “BP”, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” nümayəndələri tərəfindən imzalanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik 9 ayda 178 icazə verib 17 Oktyabr 2021, 14:10 ABŞ-dan “F-35”-in əvəzinə "F-16" təklifi 17 Oktyabr 2021, 13:59 Türkiyədən yeni əl qumbaraatanı 17 Oktyabr 2021, 13:51 Ukraynalı deputat Gəncə dəhşətindən danışdı 17 Oktyabr 2021, 13:46 İrəvanda ATIŞMA 17 Oktyabr 2021, 13:36 Ata oğlunu sağaltmaq üçün DƏRMAN yaratdı 17 Oktyabr 2021, 13:30 Vəkilin avtomobili YANDI 17 Oktyabr 2021, 13:23 18 Oktyabr marafonunun QALİBLƏRİ 17 Oktyabr 2021, 13:13 Şimal qonşumuzda COVID-19 REKORDU 17 Oktyabr 2021, 13:10 Ermənilərin təşvişdə olduğu Arazdəyən kəndi - FOTOLAR 17 Oktyabr 2021, 13:08 Rusiyada uşaqların ölkədən çıxarılması qaydası SƏRTLƏŞDİRİLDİ 17 Oktyabr 2021, 12:59 Ukraynalı deputatlar Gəncədə - FOTO 17 Oktyabr 2021, 12:49 Sabahın havası: yağış, qar... 17 Oktyabr 2021, 12:43 Bakının bəzi ərazilərində içməli su kəsiləcək    17 Oktyabr 2021, 12:39 Çində gəmi BATDI 17 Oktyabr 2021, 12:29 Deputat şəhidin ailəsini ziyarət etdi 17 Oktyabr 2021, 12:18 Gürcüstanda koronavirus STATİSTİKASI 17 Oktyabr 2021, 12:15 Müdafiə Nazirliyindən azad edilən ərazilərlə bağlı yeni VİDEO  17 Oktyabr 2021, 11:58 Şadlıq sarayının sahibi cərimələndi 17 Oktyabr 2021, 11:51 "Ermənilərin ...əsas qalası darmadağın edildi" - Hikmət Hacıyev 17 Oktyabr 2021, 11:45 Ermənistanda virusa yoluxanlar 17 Oktyabr 2021, 11:39 Dünya şöhrətli incəsənət xadimindən Azərbaycana TƏBRİK 17 Oktyabr 2021, 11:30 Tiflisdə 18 Oktyabr MARAFONU 17 Oktyabr 2021, 11:25 Yaralı yoldaşını döyüş meydanından çıxararkən şəhidliyə ucalan snayper 17 Oktyabr 2021, 11:15 Mahir Əmrəli məhşur Avropa klublarının hədəfində  17 Oktyabr 2021, 11:08 Zaqatalada avtomobil yandı 17 Oktyabr 2021, 10:59 Saakaşvili: "Polislər yaxınlaşmağa cürət eləmirdilər" 17 Oktyabr 2021, 10:51 Tanınmış azərbaycanlı karikaturaçıdan nazirə etiraz - Türkiyəni təmsil etməyə qərar verdi 17 Oktyabr 2021, 10:45 Qalib ölkənin Müstəqilliyini qeyd edirik 17 Oktyabr 2021, 10:45 Rusiyada ilk: atalar günü qeyd edilir 17 Oktyabr 2021, 10:39 Gürcüstandakı soydaşlarımızdan 18 Oktyabr TƏBRİKİ 17 Oktyabr 2021, 10:29 17 oktyabrın SAVAŞ XRONİKASI: Füzuli alındı, Gəncə vuruldu 17 Oktyabr 2021, 10:24 Gürcüstanda seçkilərin ikinci turunun vaxtı 17 Oktyabr 2021, 10:14 Şəhid anaları və xanımları üçün AKSİYA 17 Oktyabr 2021, 10:10 Türkiyədə kurs keçən hərbçilərimizdən daha bir uğur 17 Oktyabr 2021, 10:09