Arxiv
20 Sentyabr 2021, 12:35 | PARLAMENT
Şuşa türməsi söküləcək? - Deputat: “Türmə təmir edilməli, erməni cinayətkarlar ora doldurulmalıdır!”

İşğaldan azad edilən Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunandan sonra burada yerləşən türmənin sökülməsi barədə təkliflər səsləndirilir. Bəzi mədəniyyət xadimlərinin fikrincə, işğala qədər qatı cinayətkarların saxlanıldığı həbsxana binası indi Şuşa şəhərinə yaraşmadığından onu ləğv etmək lazımdır.

 

Milli Məclisin 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsindən seçilmiş deputatı Elman Məmmədov isə bu təkliflə razı deyil.

 

Deputat Modern.az-a açıqlamasında bildirib ki, “Şuşadakı türmə təmir edilməli və erməni cinayətkarların hamısı ora doldurulmalıdır.

 

E.Məmmədov deyib ki, erməni cinayətkarlar işğal müddətində həmin türmədə azərbaycanlılara verdikləri əzab-əziyyətin eynisini yaşamalıdırlar:

“Azərbaycanın günahsız insanlarına əzab-əziyyət, işgəncə verən erməni cinayətkarlar - koçaryanlar, sərkisyanlar, balasanyanlar Azərbaycan qanunları ilə mühakimə olunub, cəzalarını orada çəkməlidirlər. Şuşa türməsi tarixi yerdir. Yeni tariximizdə keçmişimizə ləkə vuran işğalçı cinayətkarlar, hərbi canilər, qatillərin hamısını ora doldurub cəzalarını çəkdirməliyik”.


Şuşa türməsi Çar Rusiyası dövründə - XIX əsrin ortalarında Xan qızı Natəvanın vəsaiti hesabına inşa edilib. Bəzi məlumatlara görə, buna qədər şuşalı məhkumlar Gəncə şəhərində yerləşən həbsxanada saxlanılırdı. Qohumları, yaxınları onlara baş çəkmək üçün uzun yol qət edərək, Gəncəyə getməli olurdular. Bunu nəzərə alan Xan qızı şuşalıları, eləcə də ətraf ərazilərdə yaşayan insanları əziyyətdən qurtarmaq üçün Şuşada həbsxananın inşası üçün vəsait ayırıb.

Həbsxana Şuşa qalasının şərq tərəfində yerləşir, qalanın aşağı divarları həbsxanaya söykənir. SSRİ dövründə qapalı tipli cəzaçəkmə müəssisəsi kimi fəaliyyət göstərib.
 

Həbsxana inşa edilərkən qala divarlarının bir hissəsi və müdafiə qüllələri həbsxana divarları kimi istifadə edilib. Bu zaman Şuşa qalasının Ağoğlan qapısı həbsxanaya giriş kimi dəyişdirilərək, yenidən formalaşdırılıb.

Şuşa həbsxanası Rusiya İmperiyası və SSRİ hakimiyyəti dövründə ən dəhşətli türmələrdən hesab olunub. Ən təhlükəli, qatı cinayətkar hesab olunan şəxslər cəza çəkmək üçün bura göndərilib. Ümumilikdə, həbsxana 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulub.


Rusiya İmperiyasının və SSRİ-nin ən müxtəlif guşələrindən cinayətkarlar cəzasını bu türmədə çəkiblər.


1992-ci il mayın 8-də şəhər işğal edildikdən sonra da buradan həbsxana kimi istifadə olunub.


İşğal zamanı erməni cinayətkarlar əsir götürdükləri azərbaycanlıları məhz burada saxlayıblar, mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident Qubadlı əhalisinin sayını AÇIQLADI 25 Oktyabr 2021, 21:06 Prezident və Birinci xanım Qubadlı ictimaiyyəti ilə görüşdü - YENİLƏNİB 25 Oktyabr 2021, 20:49 İlham Əliyev Ermənistanla sərhəddə hərbi hissənin açılışında - YENİLƏNİB  25 Oktyabr 2021, 20:45 “Qubadlı” yarımstansiyasının açılışı oldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:34 Xanlıq-Qubadlı yolunun təməli qoyuldu - YENİLƏNİB 25 Oktyabr 2021, 20:32 İtaliyada TAP boru kəmərindən bəhs edildi 25 Oktyabr 2021, 20:11 Portuqaliyada böhran həll edilmir -  Növbədənkənar seçki ehtimalı 25 Oktyabr 2021, 19:40 Quterreş Sudandakı çevrilişi pislədi 25 Oktyabr 2021, 19:26 Türkiyəyə çağırış edən ölkələrdən GERİ ADDIM 25 Oktyabr 2021, 19:12 Rasim Quliyevin məhkəməsində sənədlər tədqiq edilib 25 Oktyabr 2021, 19:00 Qoşulmama Hərəkatından Azərbaycanla bağlı PAYLAŞIM 25 Oktyabr 2021, 18:54 Alimlər ekzoplanetin fotosunu çəkdilər - FOTO 25 Oktyabr 2021, 18:48 Namiq Abdullayevin qardaşı vəfat etdi 25 Oktyabr 2021, 18:42 Kərim Vəliyev NATO nümayəndəsi ilə görüşüb 25 Oktyabr 2021, 18:36 Fərid Qayıbov federasiyanın fəaliyyəti ilə tanış olub - VİDEO 25 Oktyabr 2021, 18:30 Dolların məzənnəsi sabit qaldı 25 Oktyabr 2021, 18:24 Qubadlı sakinləri də ata ocaqlarına dönəcəklər 25 Oktyabr 2021, 18:18 Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən şəhidimiz anılıb - VİDEO 25 Oktyabr 2021, 18:12 Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi 25 Oktyabr 2021, 18:07 Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru ilə görüşüb - FOTO 25 Oktyabr 2021, 18:05 “Şəxsi maşınların şüşəsinə bayraq vurula bilməz!” - Polisdən XƏBƏRDARLIQ 25 Oktyabr 2021, 18:03 FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə ÇAĞIRIŞ 25 Oktyabr 2021, 18:01 1 ölkə, 2 prezident: Tatarıstan Kremlin istəyini RƏDD ETDİ 25 Oktyabr 2021, 17:59 Eldəniz Səlimovun cinayət işi icraata verildi 25 Oktyabr 2021, 17:55 Milli Məclis 12 məsələyə görə iclas ÇAĞIRDI 25 Oktyabr 2021, 17:50 Səfər Mehdiyev Detlef Şröderlə görüşdü - FOTOLAR 25 Oktyabr 2021, 17:45 Qudası Eldar Həsənovun məhkəməsində ifadə verdi 25 Oktyabr 2021, 17:40 Bakıda dini toy karvanı təşkil edənlərin işi məhkəməyə göndərildi - FOTO 25 Oktyabr 2021, 17:34 ABB-dən sahibkarlar üçün TƏLİM 25 Oktyabr 2021, 17:28 Ceyhun Bayramov səfirlə görüşdü 25 Oktyabr 2021, 17:22 Diasporumuz Finlandiya jurnalında - FOTO 25 Oktyabr 2021, 17:16 “Siz bizi Xudavəngə buraxın, biz də sizi Ağdabana” – Erməni kilsəsindən TƏKLİF 25 Oktyabr 2021, 17:10 Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı 25 Oktyabr 2021, 17:05 Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO 25 Oktyabr 2021, 17:00 AccessBank-la əmanətini sərbəst idarə et! 25 Oktyabr 2021, 16:55