Arxiv
20 Sentyabr 2021, 16:03 | MƏDƏNİYYƏT
Azad edilən ərazilərdə 15 tarix-memarlıq abidəsi pasportlaşdırılıb - FOTOLAR

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətidən Modern.az-a verilən məlumata görə, tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

 

2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir.

 

Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycanın Respublikasının vaxti ilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.

 

Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.

 

Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr Rayon İcra Hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.

 

Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.

 

Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib (FOTO) - Gallery Image Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib (FOTO) - Gallery Image Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib (FOTO) - Gallery Image Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib (FOTO) - Gallery Image Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxdu 20 Oktyabr 2021, 08:30 Güclü külək əsəcək, yağış yağacaq - Dağlarda qar yağacaq 20 Oktyabr 2021, 08:25 Canəli Əkbərov və arvadı koronavirusa yoluxdu - Vəziyyəti ağırdır 20 Oktyabr 2021, 08:05 Bayram Nurlunun ailə üzvləri zəhərləndi - Bacısı oğlu öldü 20 Oktyabr 2021, 07:53 "Facebook" adını dəyişir 20 Oktyabr 2021, 07:47 Vətən müharibəsinin xronikası - Azərbaycan bayrağı zəngilan şəhərində sancılıb 20 Oktyabr 2021, 07:17 "Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43