Modern.az

Dərslər bu qaydada dayandırıla bilər - QƏRAR

Dərslər bu qaydada dayandırıla bilər - QƏRAR

Təhsil

22 Sentyabr 2021, 10:37

Azərbaycanda məktəblərdə dərslərin hansı qaydada dayandırılacağı müəyyən edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə məsələ Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq edilməsi barədə” qərara dəyişiklikdə öz əksini tapıb.

 

Qaydalara əlavə edilən yeni bənddə qeyd edilir ki, təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir