Modern.az

Qazaxdakı mina partlayışı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Qazaxdakı mina partlayışı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Aktual

22 Sentyabr 2021, 14:39

22 sentyabr 2021-ci ildə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Qazax Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
 

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.

Sizə yeni x var
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!