Modern.az

20 yaşlı qızı qətlə yetirən azərbaycanlı axtarışa verildi - FOTO

20 yaşlı qızı qətlə yetirən azərbaycanlı axtarışa verildi - FOTO

Hadisə

23 Sentyabr 2021, 10:18

Rusiyanın Başqırdıstan Muxtar Respublikasında 20 yaşlı Diana Biktaşovanın qətli araşdırılır.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qətldə 24 yaşlı azərbaycanlı Fərahim Hadı oğlu Qurbanlı şübhəli bilinir.

İstintaq gəncin Biktaşovanı kirayə qaldığı evdə 12 bıçaq zərbəsi ilə qətlə yetirdiyini və hadisə yerindən qaçdığını bildirir.

 

Fərahim Qurbanlı “qəsdən adam öldürmə” maddəsi ilə Ümumrusiya axtarışına verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir