Modern.az

Şəhid atası Hadrutda barelyef asdı - FOTO

Şəhid atası Hadrutda barelyef asdı - FOTO

Qarabağ

23 Sentyabr 2021, 11:30

Xocavənd rayonunun Hadrut qəsəbəsində bu yaşayış məntəqəsi uğrunda döyüşlərdə şəhid olmuş üç hərbçimizin xatirəsinə berelyef asılıb.

Modern.az-ın məlumatına görə, barelyef Hadrutdakı Şişqaya deyilən yüksəklikdə yerləşdirilib.

Barelyefdə üç hərbçimizin adı yazılıb - baş leytenant Səid Rəşidzadə, baş leytenant Allahyar Telmanlı, XTQ giziri Şəhriyar Abdullayev.

Onların hər üçü 2020-ci il oktyabrın 11-də Hadrutdakı Şişqaya yüksəkliyi uğrunda döyüşdə şəhid olublar.

Barelyefin asılmasında baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasmov və digər iki şəhidin əmiləri iştirak ediblər.

Barelyef şəhid Səid Rəşidzadənin qardaşı Fərid və zabitimizin dostları tərəfindən hazırlanıb.

Xatırladaq ki, Hadrut qəsəbəsi ötən il oktyabrın 9-da düşməndən azad edilib. Hadrut ətrafındakı kəndlər və yüksəkliklərin azad edilməsi isə oktyabrın sonlarınadək davam edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı