Arxiv
23 Sentyabr 2021, 14:31 | İQTİSADİYYAT
Banklar üçün ağır il: Vəziyyət heç də yaxşı deyil - ŞƏRH

Son bir ildə Azərbaycan iqtisadiyyatının digər sahələri kimi bank sektoru da ağır sınaqlarla üz-üzə qaldı. Bir tərəfdən COVID-19 pandemiyasının ilboyu davam edən məhdudlaşdırıcı tədbirlərinin iqtisadi aktivliyi minimuma endirməsi, digər tərəfdən 44 gün davam edən Vətən müharibəsi fonunda fövqəladə vəziyyətin tətbiqi bank sektoruna təsirsiz ötüşmədi. Nəticədə bankların iqtisadiyyata töhfəsi məhdudlaşdı, gəlirlərinin azalması səbəbindən əhalinin bank resurlarına çıxışı çətinləşdi.

 

Ötən ilin bank sektorunda yadda qalan əsas hadisə ilin əvvəlində 4 bankın bağlanması oldu. Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarları ilə Atabank ASC və Amrah Bank ASC-nin, sonra isə 12 may 2020-ci il tarixli qərarlarla AGBank ASC və NBCBank ASC-nin lisenziyaları ləğv edildi. Ləğvetmə nəticəsində ölkə üzrə fəaliyyətdə olan bankların sayı 26-ya düşdü.

 

Bəs bank sektorunda pandemiyadan əvvəl və indiki göstəricilər arasında fərq nədən ibarətdir?

 

Problemli kreditlərin həcmi ümumi kredit portfelinin 7%-nə yaxınlaşıb...

 

 

İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında bildirib ki, pandemiyanın başlanğıcında 4 bankın bağlanma qərarı bank sektorunda stress yaradan amilə çevrildi:

 

“Bank sektorunda keçən il hiss olunacaq qədər təlatümlər yaşandı. Pandemiya dövrü olmasına baxmayaraq, 4 bankın bağlanması ilə bağlı qərarın verilməsi ona əsas verir ki, vəziyyət artıq düzələcək həddə deyildi. Pandemiyanın əvvəlində belə bir qərarın verilməsi, bank sektorunda ciddi stress yaradan amilə çevrildi.

 

Son bir ilə nəzər yetirdikdə görərik ki, bank sektorunda problemli kreditlərin həcmində də artım var, gəlirləri də gözləntilərin aşağısındadır. Depozit və kredit bazarı gözləntilər çərçivəsində böyümədi. Əsasən kredit bazarında böyüyən hissə daha çox istehlak kreditləri oldu ki, bu da əlavə təhlükələr yaradır. Bununla yanaşı problemli kreditlərin həcmi artıq ümumi kredit portfelinin təqribən 7%-nə yaxınlaşıb. Bu da təhlükəli bir həddir”.

 

Beynəlxalq təcrübədə ümumi kredit portfeli neçə faizdir?

 

 

N.Cəfərli vurğulayıb ki, beynəlxalq təcrübəyə əsasən, ümumi kredit portfelinin 3%-dən çoxu problemli kredit olduqda, bu artıq bank sektorunda ciddi problemlərin olduğuna işarə edir. Azərbaycanda isə beynəlxalq normanın iki dəfədən çox keçilməsi ondan xəbər verir ki, ölkədə bank sektorunda stressli vəziyyət davam edir. Gözləntilər çərçivəsində bank sektorunun böyüməsi baş vermədi. Təəssüf ki, bu da Azərbaycanda ümumi iqtisadi zəifliklə əlaqəlidir”.

 

Problemli kreditlərin artma səbəbi nədir?

 

 

İqtisadçı hesab edir ki, ölkədə problemli kreditlərin həcmi daha da arta bilər:

 

“Əsasən ölkə üzrə istehlak kreditlərin artdığını müşahidə edirik. Bu da iki məsələdən xəbər verir: bir tərəfdən vətəndaşların dolanışıq səviyyəsinin aşağı olması onları istehlak kreditlərinə yönəlməyə məcbur edir, digər tərəfdən istehlak kreditlərinin riskləri çoxdur. Yəni istehlak kreditlərinin geri qaytarılması ilə bağlı problemlər yaşanır. İstehlak kreditləri artırsa, deməli, 6 ay - 1 ildən sonra problemli kreditlərin həcmi yenidən arta bilər.

 

Ümumilikdə götürsək, bank sektorunda pandemiyadan öncəki iqtisadi aktivlik səviyyəsinə çatmaq mümkün olmayıb. Bu gün bir çox banklarda problemlər davam etməkdədir. 4-5 aparıcı bankda ciddi sıxıntı yoxdur. Amma digər kiçik banklarda istər depozitdə, istərsə kreditdə problemlər müşahidə olunmaqdadır".

 

Fidan İlqar

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayden İtaliyaya gedir 28 Oktyabr 2021, 20:37 Universitet müəllimi vəfat etdi 28 Oktyabr 2021, 20:36 Avropada qazın qiyməti 900 dollardan aşağı DÜŞDÜ 28 Oktyabr 2021, 20:18 Paşinyan rusiyalı generalla regionu müzakirə etdi 28 Oktyabr 2021, 19:51 Ceyhun Bayramov İƏT rəsmisi ilə görüşdü 28 Oktyabr 2021, 19:31 Ronaldu 5-ci dəfə ata olur 28 Oktyabr 2021, 19:20 Türkiyə ilə birgə texnopark yaradılması müzakirə olundu 28 Oktyabr 2021, 19:16 Baş nazirdən Türkiyənin Vitse-prezidentinə MƏKTUB 28 Oktyabr 2021, 18:54 Əli Əsədovla Alparlsan Çakar bank sektorunu müzakirə etdi 28 Oktyabr 2021, 18:49 AMEA-nın 4 İnstitutuna baş direktor seçildi 28 Oktyabr 2021, 18:36 Moskvadan dəhliz AÇIQLAMASI: “Razılaşmaya sadiq qalmalıyıq” 28 Oktyabr 2021, 18:29 Ukrayna paytaxtı qapanmaya gedir 28 Oktyabr 2021, 18:18 Qazlaşdırılmayan yaşayış məntəqələrinin SAYI 28 Oktyabr 2021, 18:10 Niderlanddan Ağdama: 28 il sonra Vətənə dönüş - VİDEO 28 Oktyabr 2021, 18:01 “Zəngəzur dəhlizilə bağlı siyasi qərar olmalıdır” - VİDEO 28 Oktyabr 2021, 17:55 Dilçilik İnstitutunda yeni direktor TƏYİNATI 28 Oktyabr 2021, 17:54 Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ 28 Oktyabr 2021, 17:48 Bu gün peyvənd olunanlar 28 Oktyabr 2021, 17:42 Yoluxma kəskin ARTDI 28 Oktyabr 2021, 17:36 Avtobusun şüşələri sıxlıqdan sınıb? - Rəsmi cavab 28 Oktyabr 2021, 17:30 "Azəriqaz" rəsmiləri Siyəzəndə 28 Oktyabr 2021, 17:25 “Azərbaycanın tarixi zəfəri” - Videokonfrans 28 Oktyabr 2021, 17:20 Amerikalı dindarlar Ağdam və Şuşada 28 Oktyabr 2021, 17:16 Universitetin 10 qrupunda əyani dərslər DAYANDIRILDI 28 Oktyabr 2021, 17:10 Texniki baxış mərkəzlərində YENİLİK 28 Oktyabr 2021, 17:05 Komitədən İraqdan gətirilən uşaqlarla bağlı MƏLUMAT 28 Oktyabr 2021, 17:00 Bərdə bombardmanı: faciə qurbanlarının yaxınları o günü belə XATIRLAYIR - FOTOLAR 28 Oktyabr 2021, 16:56 Boksçumuz 1/8 finalda 28 Oktyabr 2021, 16:52 İki məhkəmə sədri Şuraya üzv seçildi 28 Oktyabr 2021, 16:47 Suriyada 6 azərbaycanlı ÖLDÜRÜLDÜ 28 Oktyabr 2021, 16:41 Hava yenidən pisləşəcək - Yağış, leysan, qar gəlir 28 Oktyabr 2021, 16:35 "Barselona"dan müvəqqəti məşqçi TƏYİNATI 28 Oktyabr 2021, 16:30 Türkiyə ilə Çin arasında SÖZ SAVAŞI 28 Oktyabr 2021, 16:24 Mənzildə kişi meyiti tapıldı 28 Oktyabr 2021, 16:20 Sənaya təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi 28 Oktyabr 2021, 16:15